"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Olimpiakos"da ayrılıq baş verib.
Müdafiəçi Kostas Manolas karyerasını Birləşmiş Ərəb Əmirliklərində davam etdirəcək. Onun "Əl-Şardja" klubuna keçidi rəsmiləşib. Bunu BƏƏ təmsilçisinin mətbuat xidməti açıqlayıb. Futbolçu ilə 2024-cü ilin yayına qədər müqavilə imzalanıb.
Qeyd edək ki, "Olimpiakos" - "Qarabağ" matçı oktyabrın 6-da Pireydə keçiriləcək.