"Qarabağ"ın rəqibində baş məşqçi istefası

19.09.2022 10:04 537
Avropa Liqası
"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Yunanıstanın "Olimpiakos" klubu baş məşqçisi Karlos Korberanla yollarını ayırıb.

"Footbal-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

39 yaşlı mütəxəssis komandanın uğursuz çıxışına görə istefaya göndərilib.

"Olimpiakos" Yunanıstan çempionatında 5-ci turda "Aris"ə uduzub - 1:2. Pirey təmsilçisi Super Liqada 5-ci sıradadı.

"Qarabağ" "Olimpiakos"a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək.