Marselo "Olimpiakos"a keçidi ilə bağlı danışdı

6.09.2022 11:56 457
Dünya futbolu
“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Olimpiakos” yeni transferi Marselonu təqdim edib.

Football-plus.az xəbər verir ki, braziliyalı müdafiəçi Pirey təmsilçisinə keçidi ilə bağlı bunları söyləyib:

“Hamınıza təşəkkür edirəm. Burda sizinlə olmaqdan xoşbəxt və şadam. Komandaya güc qatmaq, kömək etmək üçün burdayam. Meydana çıxacağım vaxtı səbirsizliklə gözləyirəm".


Braziliya millisinin sabiq üzvü "Olimpiakos"la "1+1" illik müqaviləyə qol çəkib.

Qeyd edək ki, "Qarabağ"la oktyabrın 6-da "Olimpiakos"la Yunanıstanda, 13-də isə Bakıda qarşılaşacaq.