• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Son günlərdə olan olaylar bizi daha məsuliyyətli edirdi" - Qurban Qurbanov

Avropa Liqası

15-09-2022, 23:0

Avropa Liqasında 2-ci tura start verilib.

G qrupunda yer alan "Qarabağ" "Nant"ı məğlub edib - 3:0. Oyundan sonra ağdamlıların baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Sizi mütəxəssisin fikirləri ilə tanış edirik:

"Qalib gəlsək də, mənim üçün danışmaq asan deyil. Bu gün səhər saatlarından eşidəndə ki, 21 şəhidimiz var, öz bazamızda onun müzakirəsi gedirdi. Sanki bir az da futbolçularda həyəcan var idi. Çünki belə hallarda istər-istəməz 10 milyonluq xalqımız bizdən qələbə gözləyir. Oyunun məsuliyyətini dərk edirdik. İlk dəqiqələrdən hiss etdiz ki, futbolçularda həyəcan çox idi. Amma get-gedə oyunu ələ ala bildilər. Allah şəhidlərimizə rəhmət etsin. Çox ağır gündü, hamımız üçün ağırdı. Allah ordumuzu qorusun. Bəzən kənardan baxanda sevinirik ki, qalib gəldik, amma inanın ürəyimiz ordadı, ordumuzun yanında. Çox məmmunam qələbəyə görə. Sırf bu günə görə. Xalqımız bizdən qələbə gözləyirdi. İstəyirdi, dua edirdilər. Duaları da qəbul oldu. Rəqibə uğurlar arzu edirəm, futbolçularımı təbrik edirəm. Azarkeşlərimizə təşəkkür edirəm".


- Bu ağır günlərdə komandanı belə möhtəşəm hazırlamağı necə bacardız?
- Qrup oyunlarına əvvəlcədən hazırlaşırdıq. Sadəcə olaraq, son günlərdə olan olaylar bizi daha da məsuliyyətli, həyəcanlı etdi. Sağolsun futbolçular. Dünəndən bir yerdə olduq hamımız. Danışdıq ki, çox soyuqqanlı və diqqətli olmalıyıq. Sanki oyunun gedişatını danışırdıq futbolçularla. Onlara dedim ki, sizə güvənirəm və sona qədər rəqibi meydanda düzgün analiz etməliyik. Futbolçularıma təşəkkür edirəm. Oyun başlayanda çox gərgin anlar var idi. Amma soyuqqanlılıq göstərib, oyunu ələ ala bildilər. Desəm ki, böyük motivasiya vermişdim, yox. Bu matça dost, yoldaş kimi münasibət qurmuşduq ki, hamı bizdən çox şey gözləyir. İstənilən halda meydanda üzərimizə düşən vəzifəni yerinə yetirməliydik. Mütləq udmalıyıq kimi fikirləri futbolçulara bildirmədim. Futbolçulardan razı qaldım. Şükürlər olsun ki, qələbə bizim tərəfdə oldu.

- İlk 20-25 dəqiqədə komandaya nə olmuşdu. Həyəcanı necə geridə qoyduz?
- Son olaylar idi səbəb. Biz nə qədər futbol haqda danışmaq istəsək də, istər-istəməz cəbhədə olan hadisələr müzakirə edilirdi. Futbolçuların üzərinə getməyərək onlara fikrimi çatdırırdım. Çünki, üzərimizə düşən vəzifəni düzgün yerinə yetirməliyik. Oyunun əvvəlində rəqibin böyük pressinq edəcəyini gözləyirdik. Belə oyunlar çox olub. Avropa Liqasında olan təcrübə futbolçulara soyuqqanı olub, oyunu dəyişməyə kömək etdi. Desəm ki, əlavə nəsə etdim, yalan olar. Onlara demişdim ki, daim yanınızdayam.

- Bu qələbə "Legiya" üzərində 3:0 hesablı qələbəni xatırlatdı. Bu iki görüşü necə müqayisə aparardız?
- Bunlar elə oyunlardı ki, deyim həzz aldıq, ləzzət aldıq, düzgün çıxmaz. Həm "Legiya", həm də indiki matçlar belə oyunlardı. Allahdan istəyim o idi ki, oyunu üzüağ başa vuraq. Belə günlərdə təcrübə çox vacibdi. Bu gün 0:3 uduza da bilərdik. Amma bəlkə də bu oyunu bu gün Bakıda oynamağımız uğurlu idi. Xalqımız bizimlə idi. Üstünlüklər çox idi. Müqayisə etmək istəməzdim. Hər iki oyundan üzüağ çıxdığımıza görə Allaha şükür edirəm.

- Fransa höküməti Azərbaycanı təcavüzkar ölkə kimi tanıtmaq istəyir. Siz isə bu gün Fransa klubunu məğlub etdiz...
- Siyasi tərəfdən fikir bildirməyim düzgün olmaz. Sırf buna uyğun UEFA və FİFA-nın qaydalarını bilmirəm, hansısa fikir bildirsəm necə olar. Dəfələrlə belə hallar olub. Belə şeylərə fikir verməli deyilik. Çalışmalıyıq ki, hər şəraitdə idman prinsiplərini qoruyaq. Əməl etməliyik.

- Ovusu qol vurandan sonra media tribuna, azarkeşlər tərəfə baxdınız. Nələr keçdi ürəyinizdən?
- Göz gəzdirdim. Bəlkə də insanların sevindiyini görmək istəyirdim. Çünki nadir hallarda baxıram mən. Sadəcə insanların sevincini görmək istəyirdim.

- Rəqibin sol cinahında yer alan futbolçunun bu cinahda oynaması sizin üçün sürpriz idi?
- Çox az dəyişiklik oldu. Rəqibin sol və sağ cinahı çox sürətlidi. Həmin oyunçunu sol cinahda oynaması bizim üçün sürpriz oldu. Amma gözləyirdik. Hətta lövhədə heyəti yazanda ox işarəsi qoymuşdum ki, bu futbolçu başqa cinahda da oynaya bilər. Bir-iki epizodda boşluqlar verdik. Amma get-gedə futbolçular kömək edirdi bir-birinə. Bəzi epizodlarda, Qara, Kadi, Bəhlul gecikdi. Ancaq get-gedə bunları aradan qaldırdılar. Ondan sonra problemlər olmadı. Kiçik sürpriz idi.

- Bu qələbəni kimə həsr edərdiniz?
- Sözsüz ki, qələbəni şəhidlərimizə və ordumuza həsr edirəm. İnanın ki, bu onlar üçün onların etdiyinin zərrəsi də deyil. ALlah rəhmət etsin, ordumuzu qorusun.

- İlk hissədə xeyli qol epizodları var idi, amma yararlana bilmədik. Fasilədə nə dediz futbolçulara?
- Hər oyunda fasilədə futbolçulara tapşırıqlar verilir. Rəqibin boşluqları barədə də danışırıq. Komandanın analitiki də stadionda oturur və ilk hissədən sonra düşür aşağı və bizə göstərir. Futbolçularla müzakirələr aparırıq. İkinci hissədə tempi artırmaq mütləq idi. Rəqib tərəf yorğunluqdan danışırdı. Amma çox yaxşı rotasiyalar edirdilər. Müzakirələr apardıq, tapşırıqlar verildi, pis alınmadı. Nə qədər desəm də, bunu icra edən futbolçulardı. Buna görə də onlar bunu düzgün və daha yaxşı yerinə yetirdilər.

- İkinci yeri tuta bilərsiniz qrupda?
- Bunu çox istəyirik. Amma rəqibləri görürsüz, hər biri çox ciddi rəqibdi, çox iddialıdı. Oyundan-oyuna bizə daha ciddi yanaşırlar. İrəliyə getmək üçün nə qədər imkanımız varsa, istifadə edəcəyik. Futbolçularım çox istəklidilər ki, Avropa Liqasında pley-off mərhələsinə yüksələk. İstəyirik. Amma qarşımızdakı rəqiblərə real baxmalıyıq. Onların gücünü hiss etməliyik. Buna baxmayaraq, rəqiblərdən çəkinməyərək, rəqiblərin üzərinə gedəcəyik ki, ən yaxşısını edək.

- Həssas məqamda elə komandaya qarşı oynayırdınız ki, premyer-liqadakı bütün komandalar da "Qarabağ"ın ətrafında birləşmişdi, sosial şəbəkə vasitəsilə..
- Hər biirnə təşəkkür edirəm. Amma inanın ki, mən əvvəlki oyunlarda da bunu hiss etmişəm. Biz çox mehriban xalqıq. Dostluqda çox möhkəmik. Həmişə demişəm ki, 44 günlük zəfərimizdən sonra Azərbaycanda ümumiyyətlə birbirimizə olan münasibət çox dəyişib. Sanki uzun illər olub, amma son illər ümidsizlik var idi, birlik çatışmırdı. 44 günlük müharibədən sonra hiss etmişəm, hər yerdə bir-birimizə çox inamla, pozitiv yanaşırıq. Bu gün dediyiniz də buna sübutdu. Bütün klublar bizimləydi. İstəyirik ki, bütün klublarımız avrokuboklarda oynasın və biz də həmin klublara azarkeşlik edək. Əgər sosial şəbəkələrdə belə yazılıbsa, sağolsunlar, hər birinə də təşəkkürlər. Futbolumuzun inkişafı üçün bir olmalıyıq ki, düşüncələrimiz, gücümüz daha çox olsun.

Paylaş:
Digər xəbərlər

Avropa Liqası

9-09-2022, 01:0

"Bacardığımız qədər irəli getməyə çalışacağıq" - Qurban Qurbanov

Manşet / Avropa Liqası

14-09-2022, 13:0

"Mütləq qaydada rəqibin üzərinə getməliyik" - Qurban Qurbanov

Premyer-liqa

24-04-2022, 20:0

"Neftçi" elə-belə məğlub olmur " - Qurban Qurbanov

Premyer-liqa

9-09-2022, 20:0

"Kəpəz”də olan dəyişikliklərdən sonra sürprizlə qarşılaşa bilərdik" - Ayxan Abbasov

Aktual
Zaur Ramazanov AFFA-ya getməyə vaxt tapmır – yoxsa bu da qeyri-ciddi məsələdi?
Qurban Qurbanov Elvini bağışlayıb, yoxsa baha qiymətə satmaq istəyir? – menecerdən açıqlama
“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
Mikels mövsümün ən yaxşı oyunçusudu!
“Bu, rəhbərliyə aid olan bir məsələdi” - Ayxan Hüseynov üç klubdan təklif alıb
Daha nə istəyirik?! - KÖŞƏ
Son xəbərlər
  • Bu gün, 02:02
    İngiltərə - Qana oyununda qol vurulmadı - DÇ gecəsi
  • Dünən, 23:59
    "Pafos" Muradın təqdimatını yayınladı
  • Dünən, 23:45
    "Şahdağ Qusar"da yeni futbolçu
  • Dünən, 23:01
    Portuqaliya Özbəkistanı darmadağın etdi - DÇ gecəsi
  • Dünən, 22:52
    Zaur Ramazanov AFFA-ya getməyə vaxt tapmır – yoxsa bu da qeyri-ciddi məsələdi?
  • Dünən, 22:14
    Mourinyo onları “Real”da görmək istəyir
  • Dünən, 21:43
    ''Fənərbaxça'' 17 futbolçu ilə yollarını ayıracaq
  • Dünən, 21:15
    Qurban Qurbanov Elvini bağışlayıb, yoxsa baha qiymətə satmaq istəyir? – menecerdən açıqlama
  • Dünən, 20:50
    "Zirə"dən daha bir transfer
  • Dünən, 20:24
    Koreyalılar media ilə ünsiyyəti dayandırdılar
  • Dünən, 19:53
    Roberto Karlos Argentina ilə Braziliyanı müqayisə etdi
  • Dünən, 19:22
    Yenidən doğma klubunda oynayacaq
  • Dünən, 18:51
    Amaniyaya qayıtdı
  • Dünən, 18:20
    Milli komandanın rekordçusu oldu
  • Dünən, 17:59
    Susqun “Turan Tovuz”, coşqun Rəşad Sadıqov
  • Dünən, 17:28
    Doğma klubuna qayıtdı
  • Dünən, 16:57
    Nihat Kahvecinin və türk dünyasının göz yaşları... - DÇ təəssüratı
  • Dünən, 16:27
    Ayxan Hüseynov "Zirə"də
  • Dünən, 15:56
    "Xankəndi" üç futbolçu ilə yolları ayırdı
  • Dünən, 15:32
    UFC həyəcanı Dənizkənarı Bulvarda: açıq məşq və fan-zona təşkil olunacaq
  • Dünən, 15:13
    Azər Məmmədov yenidən "Kəpəz"in baş məşqçisi oldu
  • Dünən, 14:59
    Eltun Yaqubluya "Zirə"də yeni vəzifə verildi
  • Dünən, 14:38
    "Real"ın yetirməsi "Araz-Naxçıvan"da
  • Dünən, 14:17
    "Turan Tovuz" Ayxan Hüseynovla vidalaşdı
  • Dünən, 13:56
    “Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
  • Dünən, 13:25
    Messi DÇ tarixinin ən məhsuldar oyunçusudu!
  • Dünən, 12:54
    Mikels mövsümün ən yaxşı oyunçusudu!
  • Dünən, 12:22
    “Bu, rəhbərliyə aid olan bir məsələdi” - Ayxan Hüseynov üç klubdan təklif alıb
  • Dünən, 11:51
    Daha nə istəyirik?! - KÖŞƏ
  • Dünən, 11:20
    Avrokubok yolçuları üçün hər şey dəqiqləşdi – azarkeşlərin diqqətinə!
  • Dünən, 10:57
    Fransa və Norveç də pley-offa vəsiqə qazandı - DÇ səhəri
  • Dünən, 10:19
    Buntiç "Qarabağ"ı Portuqaliya klubuna dəyişdi
  • Dünən, 10:00
    İtaliya klubunu tərk etdi
  • Dünən, 00:20
    "Qarabağ" "Vestri"ni iyulun 9-da qəbul edəcək
  • Dünən, 00:15
    "Zirə" "Qarabağ"la eyni gündə oynamayacaq
Daha çox
Oxunub: 255
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 250
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 225
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Oxunub: 204
Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
Oxunub: 200
“Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
Oxunub: 196
“Kəpəz”in heybətli görünən sədr və baş məşqçi postu... – Gəncədə uduzmaq üçün şir ürəyi yemək lazımdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə