"Kəpəz”də olan dəyişikliklərdən sonra sürprizlə qarşılaşa bilərdik"

9.09.2022 20:10 445
Premyer-liqa
Misli premyer-liqasında 6-cı tura start verilib.

"Turan Tovuz" "Kəpəz"i məğlub edib - 2:0. Oyundan sonra meydan sahiblərinin baş məşqçisi Ayxan Abbasov mətbuat konfransında iştirak edib. Sizi mütəxəssisin fikirləri ilə tanış edirik:

“Çempionatımızda belə oyunun olması xoş oldu. Azarkeşlər nəticədən asılı olmayaraq sevinirdilər. Çünki 9 ildən sonra Qərb derbisi qayıtdı. Önəmli oyun idi. Evdə qələbə qazanmaq istəyirdik. “Kəpəz”də olan dəyişikliklərdən sonra sürprizlə qarşılaşa bilərdik. Komanda tapşırıqları yerinə yetirdi. Nizam-intizamı sona qədər qoruduq. İstədiyimiz qolları vura bildik. Oyundan oyuna artırmalıyıq. Güvəndiyimiz gənc oyunçular var. Onlar da getdikcə özünəinamını artırırlar. Azarkeşlərimizi təbrik edirəm. Möhtəşəm idilər. Həqiqətən də futbola layiq atmosfer var idi. Qarşıda bizi çətin oyunlar gözləyir. Hazırlaşacağıq”.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul