Kriştiano Ronaldo bu yay “Mançester Yunayted”i tərk etmək istədiyinə növbəti dəfə işarə vurub.
"Football-plus.az" İngiltərə klubunun üzvlərinin 2022/23 mövsümündə səfər oyunlarında geyəcəkləri formanın təqdimatı keçirilib. Geyim ağ rəngdədi. Onun çiyinlərində qırmızı və qara zolaq diqqəti cəlb edir. Formanın üzərindəki atributlar isə qara rənglə qeyd olunub.
Ronaldo yeni formanın təqdimatında görünməyib. Deyəsən, rəhbərlik artıq onunla vidalaşmağa hazırdı...