“Arsenal” MS-dən daha bir futbolçu alır

16.07.2022 18:54 394
Dünya futbolu
“Arsenal” heyətini “Mançester Siti”nin daha bir futbolçusu ilə gücləndirməyə yaxındı.

"Football-plus.az" braziliyalı hücumçu Qabriel Jezusu transfer edən London klubu MS-dən Aleksandr Zinçenko ilə də razılığa gəlib. Yerli mənbələr paytaxt təmsilçisinin 25 yaşlı yarımmüdafiəçi üçün 30 milyon funt sterlinq ödəyəcəyini xəbər verib.

Ukraynalı oyunçu “Siti”də 2016-cı ildən çıxış edir. O, ötən mövsüm bütün turnirlərdə iştirak etdiyi 28 oyunda 6 məhsuldar ötürmə edib.