• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Pike yenə yol ayrıcında qalıb - YAZI

Manşet / Yazarlar

23-06-2022, 12:0

Əsas heyətdə olmaq istəyirsə, bir müddət biznes maraqlarını unutmalıdı

İspaniya mətbuatında Jerar Pikenin “Barselona”nın prezidenti Xuan Laporta ilə görüşündən yazırlar – söhbət çox gərgin axarda keçib. Jerar rəhbərliyə məhz elə belə deyib:

“Cəsarətiniz varsa, dünyanın ən yaxşı müdafiəçisini “Barsa”ya gətirin. O əvəzedici olacaq”.


Həmkarımız Xavi Valls “Onze” proqramında detalları əlavə edir: Pike prezidentə istisnasız futbola köklənəcəyini vəd edib. O, qarşıdakı iki ildə, yəni müqavilə müddəti bitənə qədər biznesin idarəçilyindən əl götürəcək. Jerar prezidentə özünü “Barsa”nın əsas müdafiəçisi kimi gördüyünü də deyib.

Maaşı böyükdü – “Barsa” məbləği aşağı salmaq istəyir

Bəli, Jerar “Barsa”ya çox baha başa gəlir. Onun ilk müqaviləsində illik 12 milyon avro yazılmışdı ki, bu da komandada ən yüksək qazanclardan biridi. Ancaq Pike ötən il güzəştə getdi və kluba yeniləri qeydiyyatdan keçirməkdə yardım etdi, böhran dövründə maaşının bir hissəsini təxirə saldı, 5 milyona razılaşdı. Qalan pul ona 2023-ün yayında ödənilməlidi. İnsayder Luis Roxoya inansaq, artıq klubun üzərində 40 milyon avro borc yığılıb. Pikenin 2024-cü ilə qədər olan müqaviləsində loyallığa (7,5 milyon avro) və oyun faizinə (3,3 milyon) görə bonuslar da nəzərdə tutulub – müdafiəçi 2022/23 mövsümündə oyunların 40 faizinə çıxarsa, bu bəndlər aktivləşdiriləcək.

Ancaq yeni reallıqlar fonunda “Barsa” Pikenin belə pullara dəydiyini düşünmür və onu tədricən ehtiyat oyunçular skamyasında oturtmaq fikrindədi. Etibarlı insayder Fernando Polo yazır ki, Xavini təkcə müdafiəçinin zədəyəmeyilli olması çəkindirmir (2021/22 mövsümündə lazaretdə 85 gün keçirib), baş məşqçi həm də belə hesab edir ki, Jerar idman prinsipinə əsasən start heyətinə düşməyəcək. Pike isə əksinə əmindi: əsas heyətdə oynamaq istəyir və rəqabətə hazırdı.

Üstəlik maliyyə ilə bağlı problemlər qalır. Klub hələ ki böhrandan çıxmayıb, bu üzdən Pikedən və Jordi Alba, Serxi Buskets və Serxi Roberto kimi başqa veteranlardan yenidən maaşı kiçiltməyi xahiş edir. Bu yöndə durum mürəkkəbdi, ancaq Jerarın Laporta və Xavi ilə söhbətdən sonra bir qədər yumşalmasına dair xəbərlər də var. “Barsa”nın maliyyə məsələləri üzrə vitse-prezidenti Eduard Romeunun dedikləri də bunu dolayısıyla təsdiqləyir:

“Jerarla çox yaxın münasibətlərim var. Pike həmişə bizlə əməkdaşlıq edib, yenidən belə edəcəyinə əminəm”.


Heyətdə yerin əvəzinə maaş?

Pike bir müddət bizneslə vidalaşmağa söz verib. Bəs söhbət nədən gedir? Jerar futbolçular arasında əsas biznesmendi. Son 12 il ərzində ciddi-cəhdlə imperiya qurub – Katalaniyanın ESADE biznes məktəbində və Harvardda bu işin əsaslarını öyrənib, sonra isə biliklərini praktikada tətbiq edib – “Kosmos” holdinqini yaradıb (holdinq futbol və tennis təşəbbüsləri üzərində ixtisaslaşıb + prodakşn).
Jerar biznes layihələrinin əsasını “Kosmos”u yaratmaqla qoyub. O, bu holdinqin köməyi ilə idman biznesi dünyasını və medianı dəyişmək istəyir. Holdinq üç əsas istiqaməti – futbol, tennis, prodakşn – inkişaf etdirir. İlk böyük layihə Antuan Qrizmannın “Atletiko”da qalmaqla bağlı qərarından bəhs edən sənədli filmdi.

2018-in dekabrında holdinq “Andorra”nı “uddu” – həmin vaxt klub İspaniyanın 5-ci divizionunda çıxış edir və elitaya can atmırdı. Ancaq Pike 4 il ərzində klubu İspaniyanın gücünə görə 2-ci divizionu sayılan sequndaya çıxardı. Baxmayaraq ki, formal cəhətdən klubda heç bir vəzifəsi yoxdu.

“Kosmos Holding”in futbol əməliyyatları üzrə bossu Jerarın “Andorra” layihəsində iştirakını belə anladır:

“O, bütün prosesə nəzarət edir, əlaqələr baxımından yardım göstərir, məsləhətlər verir. Sadə desəm, Pikenin üzərində minimal yük var: “Andorra” onun birbaşa iştirakı olmadan da fəaliyyət göstərir, üstəlik layihənin arxasında Harvard təhsili görmüş ağıllı kişilər dayanır”.


Hələ 2018-in əvvəlində Pike prinsipial cəhətdən yeni işə qol qoydu: onun şirkəti tennis üzrə Devis kubokunun əsas səhmdarına çevrildi. Pike 23 yaşından bu turniri dəyişməyi, futbol üzrə dünya çempionatının oxşarına çevirməyi arzulayırdı. İşin əvvəlində bu arzusunu gizlətmirdi:

“Bu layihə üzərində 24/7 rejimində çalışıram. Bu mənim bütün həyatımın layihəsidi, düşünürəm ki, doğru yoldayıq. Arzu varsa, onun uğrunda döyüşmək lazımdı”.


Və sonuncusu: Pikenin İspaniya Kral Futbol Federasiyasının (RFEF) başçısı Luis Rubiales ilə danışıqlarını xatırlayırsızmı? Onda İspaniya Superkubokunun Səudiyyə Ərəbistanında keçirilməsiylə bağlı danışıqlar Pikenin sahibi olduğu “Kosmos” vasitəsi ilə aparılırdı. Jerar özü turnirin yeni formatını təklif etdi və pul məsələlərini razılaşdırdı. Nəticədə “Kosmos” sövdələşməyə görə 6 milyon avro aldı, hər turnirə görə də 4 milyon götürəcək.

“Barsa” hansı müdafiəçini gətirmək istəyir?

Əsas variant Kalidu Kulibalidi. “Napoli”nin yeni müqavilə ilə bağlı təklifini rədd edən seneqallı başqa klubların təkliflərinə baxır. “Corriere dello Sport”un yaydığı xəbərə görə, “Çelsi” və PSJ də müdafiəçinin xidmətində maraqlıdı. Ancaq kataloniyalıların marağı daha böyükdü. Adı çəkilən nəşr onu da dəqiqləşdirib ki, Kulibaliyə görə minimum 40 milyon avro xərcə düşmək lazım gələcək, bu isə indiki “Barsa” üçün çox yüksək məbləğdi.

Üfüqdə Jül Kundenin də personası görünür. “Mundo Deportivo” müdafiəçinin “Barselona”ya keçmək istədiyini yazır, ancaq daha pullu iddiaçılar – “Çelsi” və “Nyukasl” da var. Kataloniyalılar Jülün qiymətinin 65-70 milyon avro olduğunu bilirlər, ancaq “Sevilya”nı qiyməti aşağı salmaqla bağlı dilə tutacaqlarına ümid edirlər. Serjinyo Destin və ya Fransisk Trinkanın da bu sövdələşmənin bir hissəsi olması mümkündü.

ORXAN

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

5-05-2022, 15:0

Pike La Liqanın növbəti oyununu buraxacaq

Aktual
“Turnir cədvəlindəki yerimiz vəziyyəti izah edir” - göndərilən futbolçu belə dedi
Aqil Abbas Türkiyə ilə Braziliyaya azarkeşlik edəcək - Hikmət Sabiroğlu isə say artımına haqq qazandırdı
“Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
“Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
“Sonuncu dəfə Santuş “sükan arxasında” olarkən mənlə əlaqə saxlayıblar” - Zamiq çağrılmayacağına əmin imiş
“Əzmkarlığın və illərlə çəkilən zəhmətin mükafatını aldım” - Miller dünya çempionatında Azərbaycanı da təmsil edəcək
Son xəbərlər
  • Bu gün, 20:30
    Kurasaonun avtobusu, millinin fiaskosu... - nəyiniz çatmır, qardaşlar?
  • Bu gün, 19:56
    Cüdoçumuz Tallindən medalla dönür
  • Bu gün, 19:25
    ''Qalatasaray''ın sabiq ulduzu Okan Burukun köməkçisinə çevrilə bilər
  • Bu gün, 18:54
    ''Performansımla bu pullara layiq olduğumu göstərdim'' - Uğurcan Çakır üçün mövsümün unudulmaz oyunları hansıdı? 
  • Bu gün, 18:19
    Mourinyo TFF-ni məhkəməyə verdi! 
  • Bu gün, 17:48
    Argentina - 6, Fransa – 5, İspaniya – 4...
  • Bu gün, 17:17
    DÇ-yə ən çox oyunçu göndərən çempionatlar və klublar hansılardı?
  • Bu gün, 16:47
    “Turnir cədvəlindəki yerimiz vəziyyəti izah edir” - göndərilən futbolçu belə dedi
  • Bu gün, 16:16
    Hakan Safidən daha bir möhtəşəm transfer - Çalhanoğlu ''Fənər''ə keçməyə razılıq verdi!
  • Bu gün, 15:45
    ''Beşiktaş''ın yeni mövsümə hazırlığa start verəcəyi tarix bəlli oldu
  • Bu gün, 15:09
    "Zirə" Tiaqo Silva ilə vidalaşdı
  • Bu gün, 14:55
    "Şamaxı" Həbiblə yenidən anlaşdı
  • Bu gün, 14:24
    Türkiyə DÇ-yə 4 oyunluq qələbə seriyası ilə yollanır
  • Bu gün, 13:53
    Aqil Abbas Türkiyə ilə Braziliyaya azarkeşlik edəcək - Hikmət Sabiroğlu isə say artımına haqq qazandırdı
  • Bu gün, 13:20
    Almaniya klubunda baş məşqçi dəyişdi
  • Bu gün, 12:51
    "İndi səhifəni çevirmək və yeni fəsilə başlamaq vaxtıdı" - Dani Bolt
  • Bu gün, 12:20
    Millimiz Dünya Kubokunun yarımfinalında
  • Bu gün, 11:59
    Almaniyadan İngiltərəyə yollandı
  • Bu gün, 11:30
    Milandan Madridə yollanacaq
  • Bu gün, 11:00
    “Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
  • Bu gün, 10:32
    Almaniya klubu ilə danışıq aparır
  • Bu gün, 10:00
    London klubunu tərk etdi
  • Dünən, 23:59
    A seriyasında istefa
  • Dünən, 23:42
    Futbol əfsanəsi vəfat etdi
  • Dünən, 23:00
    İspaniyadan Niderlanda üz tutdu
  • Dünən, 22:41
    “Nyukasl”dan ayrıldılar
  • Dünən, 22:10
    “Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
  • Dünən, 21:39
    Bolonyada qərar tutdu
  • Dünən, 21:28
    İstefası qaçılmaz oldu
  • Dünən, 20:40
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 20:18
    Yığma Avropa Liqasına məğlubiyyətlə başladı
  • Dünən, 19:56
    U-21 millimiz Bəhreynə qalib gəldi
  • Dünən, 18:55
    Gözlənilən ayrılıq rəsmən açıqlandı
  • Dünən, 18:24
    “Sonuncu dəfə Santuş “sükan arxasında” olarkən mənlə əlaqə saxlayıblar” - Zamiq çağrılmayacağına əmin imiş
  • Dünən, 17:58
    FİFA-nın növbəti qadağası azarkeşlərdə narazılıq doğurdu
Daha çox
Oxunub: 708
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 244
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 243
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 226
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 214
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 170
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə