Azərbaycanlı idmançılar 6 medal qazandı

28.03.2022 17:50 451
İdman
Azərbaycanlı idman gimnastları Cessika Qədirova və Cennifer Qədirova Böyük Britaniya çempionatında ümumilikdə 6 medal qazanıblar.

Bunların 3-ü qızıl, 2-si gümüş, 1-i isə bürünc medal olub. Cesika Qədirova dayaqla tullanma və fərdi döşəmə hərəkətlərində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 18 yaşlı idmançı balans hərəkətlərində isə 2-ci yeri tutub.

Onun əkiz bacısı Cennifer Qədirova dəstəli at üzərində hərəkətlərdə qızıl, fərdi döşəmə hərəkətlərində gümüş və paralel qollarda bürünc medala sahib çıxıb.