Acun Ilıcalının ''Hall Siti''si premyer-liqada!

23.05.2026 20:51 43
Dünya futbolu
Yeni mövsümdə İngiltərə çempionatında oynamağa haqq qazanan sonuncu - 3-cü komandanın adı bəlli oldu.

Məlum səbəblər üzündən uzun illər unudulmayacaq bir qalmaqala səbəb olan bu mövsümkü çempionşipin pley-offunda final görüşü baş tutdu. ''Uembli''də türkiyəli iş adamı Acun Ilıcalının sahibi olduğu ''Hall Siti'' ilə ''Midlsbro'' üz-üzə gəldi

Qol epizodları baxımından o qədər də zəngin olmayan və əsasən taktiki mübarizə şəraitində keçən qarşılaşma əlavə vaxta doğru gedirdi. Amma əsas vaxta əlavə olunmuş 5-ci dəqiqədə ''Hall Siti''nin əsas qol silahı Oliver Makberni səhnəyə çıxdı. Təcrübəli forvardın vurduğu qol görüşdə yeganə oldu və ''Hall Siti'' Acun Ilıcalının dönəmində ilk dəfə premyer-liqada oynamağa haqq qazandı.

Bu uğurun əsas memarı isə bosniyalı mütəxəssis Sergey Yakiroviç oldu. ''Pələnglər'' sonuncu dəfə İngiltərə futbolunun elitasında 2016/17 mövsümündə çıxış etmişdilər. Qeyd edək ki, çempionşipdə mövsümü ilk iki pillədə bitirən ''Koventri'' ilə ''İpsviç'' premyer-liqaya birbaşa vəsiqə qazanıblar. ''Hall Siti'' isə son turda 6-cı pilləyə yüksələrək pley-offa vəsiqə qazanmışdı.

Maraqlıdı ki, ötən mövsüm bu kollektiv yalnız son turda top fərqi sayəsində çempionşipdə yerini qorumuşdu. ''Hall Siti'' həm də premyer-liqaya vəsiqə qazanmaqla təxminən 300 milyon avroya yaxın gəlir əldə etmiş oldu!

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul