“Xəzər Lənkəran”ın geridönüşü əlçatmaz ola bilər – bu problem həll olunmalıdı!

13.03.2024 10:00 3 054
Ölkə futbolu / Manşet
“Xəzər Lənkəran”ın fəaliyyətini bərpa etmək niyyətində olduğunu xəbər vermişdik.

Hələ ki klubun fəxri prezidenti Mübariz Mənsimovun tapışırığıyla stadionun təmir edilməsinə başlanması üçün layihələndirmə işləri aparılır. Lakin diqqətəlayiq başqa məsələ də var.

Belə ki, klubun sabiq futbolçularına böyük miqdarda borcu var və hələ də ödənilməyib. Hətta oyunçuların bununla bağlı FİFA-ya kütləvi şəkildə müraciət etdiyi bəllidi. Görəsən, bu məqam “Xəzər Lənkəran”ın fəaliyyətini bərpa etməsinə nə dərəcədə mane ola bilər?

“Football-plus.az”ın sualını AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov cavabladı:

“Klubun hazırda fəaliyyət göstərməməsi bu məsələnin təxirə salınmasına səbəb olub. Lakin iddialar əksini reallıqda taparsa, yenidən gündəmə gələcək. “Xəzər Lənkəran” məhz bu borclara görə fəaliyyətini dayandırmışdı. Klub yenidən fəaliyyətini bərpa etmək qərarına gəlsə, həmin borcların ödənilməsi vacibdi”.

KƏNAN BAHADIR