Leroy Sanenin Almaniya yığmasının DÇ-2026 üçün açıqlanan yekun siyahısında yer alması ölkədə müzakirələrə səbəb olub.
Sanenin zatən bundestimə dəvət alması mövsümün gedişində bir neçə dəfə almaniyalı əfsanəvi isimlər tərəfindən tənqid olunmuşdu. Yığmanın baş məşqçisi Yulian Naqelsmann bu qərarına aydınlıq gətirərkən təcrübəli futbolçunun ''Qalatasaray''da yüksək göstəricilər yaxalamamasına rəğmən yığmanın heyətində son 4 oyunda 5 qolun vurulmasında yaxından iştirak etdiyini xatırlatmışdı. Sane geridə qoyduğumuz mövsümdə Türkiyə çempionunun heyətində 43 rəsmi oyunda iştirak edərək 7 qol, 9 məhsuldar ötürmə ilə fərqləndi.
Ona qarşı yeni tənqidlər yönəldən isim Lotar Matteus olub. Almaniya futbolunun əfsanəsi bildirib ki, Naqelsmannın yerinə olsaydı, Saneni dünya çempionatına aparmazdı: