“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasovun klubla müqavilə müddəti başa çatıb.
"Football-plus.az" xəbər verir ki, bu barədə “Şamaxı”nın yaydığı açıqlamada bildirilib.
“Klubumuz adından Ayxan Abbasova komandamızdakı fəaliyyəti dövründə göstərdiyi xidmətlərə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq” - deyə açıqlamada qeyd edilib.
Millimizin də baş məşqçisi olan Ayxan Abbasov 2024-cü ildən “Şamaxı”da işləyirdi.