Yığmada ilk əcnəbi baş məşqçi

23.05.2026 11:29 43
Dünya futbolu
Sergey Rebrovun istefasından sonra boş qalan postun sahibi tapılıb.

"Football-plus.az" xəbər verir ki, Ukrayna yığmasını bundan sonra italiyalı mütəxəssis Andrea Maldera çalışdıracaq.

Maldera bu ölkənin yığmasının tarixindəki ilk əcnəbi məşqçidi. O daha əvvəl tanınmış italiyalı məşqçi Roberto De Zerbinin köməkçisi kimi çalışıb. Maldera müxtəlif klublarda taktiki hazırlıq və analitik iş üzrə fəaliyyəti ilə diqqəti çəkib.