• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Bir eranın sonu və ya milli Stadnik axtarışında - KÖŞƏ

Manşet / Yazarlar

12-08-2024, 21:0

Parisdə keçirilən Yay Olimpiya Oyunları tam sürətiylə davam etdi.

Təşkilatçılıqla bağlı müəyyən problemlər qabardılsa da, idman bayramının baş tutduğunu demək olar. Budəfəki Olimpiada Azərbaycan üçün də yaxşı keçir. Artıq cüdoçularımız Azərbaycan adına iki qızıl medal qazanıb, digər idmançılarla bağlı böyük gözləntilərimiz var. O cümlədən də güləşçilər əsas medal ümidimiz sayılır. Onların da medal kolleksiyamızı zənginləşdirəcəyinə şübhəmiz yoxdu. Bu medal ümidlərindən də biri xanım güləşçimiz Mariya Stadnik idi. O Stadnik ki, Azərbaycan idmanının tarixinə adını qızıl hərflərlə yazdırmağı bacarıb.

Stadnikin nəticələrinə baxanda onun güləş dünyasında böyük iz qoyduğunu qəbul etməmək mümkün deyil. İkiqat dünya və onqat Avropa çempionu olan xanım güləşçinin kolleksiyasında dörd olimpiya medalı da var. Bunlardan ikisi gümüş, ikisi isə bürüncdü. Çox ümid edirdik ki, Parisdə Stadnikin medal kolleksiyası daha da zənginləşəcək, medallarının sırasına Olimpiadanın “qızıl”ı sa əlavə olunacaq. Di gəl, bu ümidlərimiz doğrulmadı. 50 kiloqram çəki dərəcəsində mübarizə aparan Stadnik ilk qarşılaşmada almaniyalı Anastasiya Blavyasa qalib gəlsə də, ikinci görüşdən qalib ayrılmağı bacarmadı. 1/4 finalda monqolustanlı Otqonjarqal Dolqorjav Stadnikdən üstün oldu, təmsilçimizin qızıl arzusunun üzərindən qalın bir qara xətt çəkdi.

Bilmirəm, ya məğlubiyyətin təsirindəndi, ya da 36 yaşlı güləşçi həqiqətən yorulub. Hər halda, Stadnik artıq ayrılıq mesajını verib, karyerasını bitirə biləcəyinə işarə edib. Onun şəxsi “instaqram” hesabında yazdığı sözlərdən bunu hiss etmək çətin deyil:

“Mənim idman tarixim artıq yazılıb - 4 olimpiya medalı. İnsan planlaşdırır, amma Allah hər zaman bizim üçün ən yaxşısını bilir. 17 il ərzində böyük qürurla Azərbaycanın adını təmsil etdim, bu yolda dəstəyini əsirgəməyən və mənimlə olan hər kəsə təşəkkür edirəm”.

Biz də öz adımızdan Mariyaya təşəkkür edirik. Sözün əsl mənasında Azərbaycanın idman tarixinə adını yazdırıb, bayrağımızın ucalması, himnimizin səslənməsi üçün böyük işlər görüb. Mən Stadnikin bu sözlərinin səmimiliyinə zərrəcə şübhə etmirəm. Hər halda, 17 il Azərbaycan güləşini beynəlxalq arenada uğurla təmsil etmək heç də az iş deyil. İnsafən, Azərbaycan da bu sevginin qarşılığını yetərincə verib, Stadnikin güləş döşəyində qazandığı uğurların, medalların qarşılığı yaxşı mükafatlar olub. Hamısı da halal xoşu olsun.

Zaman bir yerdə dayanmır. Hər kəs yaşlanır, yaşımızın üstünə yaş gəlir. O cümlədən də idmançılar. Bu səbəbdən də bir həddə çatanda onlar da yorğunluq hiss edir, rejimdən, daimi zədələlərdən təngə gəlirlər. Bütün bu məqamlar da nəticələrə təsir edir. Təhlükəni hiss edənlər zirvədə dayanmağı, azarkeşlərin yaddaşında məhz belə qalmağı üstün tuturlar. Belədə idmançı karyerası da sona çatır. Stadnik bütün bunları nəzərə alıb və artıq qərarını verib. Bizə qalan ona cansağlığı arzulayıb, bir eranın sonuna gəldiyimizlə barışmaqdı. Bundan sonra Stadniki zorla güləş döşəyinə çıxarmağın da mənası yoxdu. 10 dəfə Avropanın ən güclüsü olan bir güləşçinin elə bu yerdə buraxması yaxşıdı. Çünki azarkeşlər də onun qələbələrinə öyrəşib.

Bundan sonrasını da biz fikirləşməliyik. Daha doğrusu, Güləş Federasiyasının və bu sahəyə cavabdeh olan nazirliyin səlahiyyət sahibləri. Stadnik gedəndən sonra qəm dəryasına qərq olmayaq deyə öz idmançılarımızı yetişdirməliyik. Artıq bu cür ifadələr o qədər deyilib ki, lap şablona çevrilib. Bölgələrdə idmana diqqət artırılmalı, şərait yaxşılaşdırılmalıdı. Pulsuz idman zallarına və idman məşğələlərinə böyük ehtiyac var. Heç də hər valideyn aylıq büdcəsindən övladının idmanla məşğul olması üçün vəsait ayıracaq gücdə deyil. Orta məktəblərdəki idman müəllimləri də bu işə həvəsləndirilməli, həmin müəllimlərdən seleksiyaçı kimi istifadə edilməlidi. Bir sözlə, işləmək, idmançı yetişdimək istəsək, bunun yolu çoxdu. Düzgün istiqamət götürülsə, gələcəkdə milli stadniklərimiz də olacaq, kənarda kimisə axtarmağa ehtiyac qalmayacaq.

AMAL

Paylaş:
Digər xəbərlər

İdman

7-08-2024, 10:0

Mariya Stadnik karyerasını bitirir? - AÇIQLAMA

Aktual
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Kannavaro azərbaycanlı futbolsevərləri üzdü – Umarali evdə qaldı…
"Qəbələ"nin pley-off oynaması çox böyük biabırçılıqdı..." - Qəbələ Sxadadzeyə şans verəcəkmi?
“Cəza verilib də, bundan sonra daha nə istəyirlər?” - Ramin Musayev “Turan Tovuz”u haqlı görür
"Şamaxı"dan yeni baş məşqçiylə bağlı açıqlama - "ən qısa müddətdə..."
Son xəbərlər
  • Bu gün, 20:50
    “Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
  • Bu gün, 20:00
    Doğma klubuna sərmayə qoydu
  • Bu gün, 19:32
    Luis Enrike hələ ki liderdi
  • Bu gün, 19:06
    Modriçin mundialdakı seriyası 5-ə çatacaq
  • Bu gün, 18:35
    Qəza nəticəsində həlak oldu
  • Bu gün, 17:58
    Cavid İmamverdiyev Region Liqasında oynayacaq
  • Bu gün, 17:20
    Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
  • Bu gün, 16:49
    Gözlənilən aqibətlə üzləşdi
  • Bu gün, 16:29
    Fransa klubunda gözlənilən istefa
  • Bu gün, 15:58
    Nigeriyanın baş məşqçisi Osimhenlə bağlı “bomba partlatdı”
  • Bu gün, 15:27
    Argentina nəhəngi İkardi ilə bağlı qərarını açıqladı
  • Bu gün, 14:51
    Kannavaro azərbaycanlı futbolsevərləri üzdü – Umarali evdə qaldı…
  • Bu gün, 14:35
    Türkiyə yığmasının DÇ-2026 üçün yekun heyəti bəlli oldu - Kimlər kənarda qaldı?
  • Bu gün, 14:10
    "Qəbələ"nin pley-off oynaması çox böyük biabırçılıqdı..." - Qəbələ Sxadadzeyə şans verəcəkmi?
  • Bu gün, 13:29
    Mundialdan sonra Montellaya Türkiyə vətəndaşlığı veriləcək
  • Bu gün, 12:58
    Azər Bağırov "Şamaxı"da - RƏSMİ
  • Bu gün, 12:47
    "Qəbələ" iki futbolçuyla yollarını ayırdı
  • Bu gün, 12:16
    "Sabah"ın futbolçusu DÇ-də oynamayacaq
  • Bu gün, 11:46
    "Üç il əvvəl bu kluba böyük ümidlər və hədəflərlə gəlmişdim" - Sekidika
  • Bu gün, 11:16
    “Cəza verilib də, bundan sonra daha nə istəyirlər?” - Ramin Musayev “Turan Tovuz”u haqlı görür
  • Bu gün, 10:59
    Lebron Ceyms bir ildə 137 milyon qazanıb!
  • Bu gün, 10:31
    "Şamaxı"dan yeni baş məşqçiylə bağlı açıqlama - "ən qısa müddətdə..."
  • Bu gün, 10:26
    Yığmamız yarımfinala yüksələ biləcəkmi?
  • Bu gün, 10:00
    Yankoviç millidə məhsuldar ötürmə etdi
  • Bu gün, 09:20
    “Hələ ki heç nə dəqiq deyil” – Elnur Qasımov
  • Bu gün, 09:09
    Millimiz 1/4 finalda - AÇ
  • Dünən, 23:25
    Millimiz Niderlanda uduzdu - Dünya Kuboku
  • Dünən, 23:13
    Velko Simiç daha 2 il “Sabah”da
  • Dünən, 22:02
    "Şamaxı" daha bir futbolçunu yola saldı
  • Dünən, 21:46
    “Mən rusam və rus kimi də qalıram” - Yevgeni Plyuşenkonun oğlu Azərbaycanı niyə seçib?
  • Dünən, 20:35
    Millinin futbolçuları Ulu Öndərin xatirəsini yad etdilər
  • Dünən, 20:03
    Güləşçilərimiz Xorvatiyada iki medal qazandı
  • Dünən, 19:03
    "Sabah" akademiyasının Qusar seçmələri başa çatdı
  • Dünən, 17:56
    “Tovuz stadionunda iş başa çatmayıb” – Nəsimi Paşayev
  • Dünən, 17:25
    Neapolu tezliklə tərk edəcək
Daha çox
Oxunub: 403
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 209
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 206
“Qarabağ”da növbəti ayrılıq dalğası yetişdi! – daha kimlər Qurban Qurbanovun “radarına düşüb”?
Oxunub: 196
Rəhim Həsənov Əliyar Ağayevə amansız cəza veribmiş! - ŞOK DETALLAR
Oxunub: 164
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Oxunub: 161
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi Cavid Hüseynovdu? - özü danışdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə