• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Bağışla bizi, Tanzaniya! - KÖŞƏ

Yığma / Yazarlar

12-02-2024, 20:0

İki gün əvvəl Parisdə Millətlər Liqasının 2024/25 mövsümünün püşkü atıldı.

Bakı vaxtı ilə saat 21.00-da başlayan tədbirdə Azərbaycanı geniş nümayəndə heyəti təmsil etdi. Bircə Elxan Məmmədov gözə dəymədi. Düzdü, biz UEFA-da çalışan adamı buna görə qınaya bilmərik, sadəcə, sözgəlişi xatırlatdıq.

Normalda püşkatma mərasiminə milli komandanın baş məşqçisi getməliydi. Biz görmüşük ki, püşkatmada rəqiblər bilinəndən sonra məşqçilər və federasiya rəsmiləri dəyirmi masa ətrafına toplaşır, gələcək oyunlar, səfərlər, eləcə də başqa təşkilati işlərlə bağlı fikir mübadiləsi aparırlar. Qarşılıqlı münasibətlər belə görüşlərdə formalaşır. Dərd budu ki, Azərbaycan millisinin baş məşqçisi yoxdu, Canni de Byazi postundan ayrılandan sonra komandamız başsız qalıb. Bildiyim qədəriylə Arif Əsədovun da müqavilə müddəti martda bitir. Deməli, onun da millidə qalıb-qalmayacağı dəqiq deyil. Ola bilər ki, yeni baş məşqçi heç Əsədovla çalışmaq istəməsin, özünün korpusunu formalaşdırsın. Arif bəyin məşqçi bacarığına heç bir şübhəm yoxdu, adətən, belə olduğunu görmüşük. Belə olan halda heç Əsədovun da püşkatmada iştirakının, sonradan hansısa müzakirədə iştirak edib-etməməsinin hansısa mənası qalmır.

Deyəcəksiz ki, nəyi qoyub, nəyi axtarırsan?! Axı özüm də yaxşı bilirəm ki, təkcə Arif Əsədovun yox, ümumilikdə bu gün AFFA-da vəzifə tutub, maaş alan hər kəsin gələcək taleyi bilinmir. Günlər keçir, futbolumuzun qaranlıq günləri isə davam edir. Bu gedişlə milliyə yeni baş məşqçinin təyinatı AFFA-nın yeni rəhbərliyi dəqiqləşəndən sonra baş tutacaq. Hər kim olacaqsa, azı bir mərhələ də ona söz deyə bilməyəcəyik. Çünki təyinat gecikdikcə təyinatdan sonrakı uyğunlaşma, yeni komandanın formalaşdırılması, rəqiblərin öyrənilməsi kimi proseslər gecikir. Azərbaycan çempionatının artıq üçüncü dövrəsi keçirilir, komandalar bir-birindən gərgin oyunlara çıxırlar. Bu müddətdə millinin baş məşqçisi məlum olmalıydı ki, premyer-liqanın oyunlarına baxsın, milliyə potensial namizəd sayılan futbolçulara göz qoysun. Sözün bütün mənalarında qızıldan qiymətli zaman itiririk.

Bütün bunların fonunda oxuduğum bir məlumat qanımı daha da qaraltdı. Bilirsiz ki, FİFA Bakıda dörd komandanın iştirakıyla turnir keçirəcək. FIFA-nın təşkilatçılığı ilə fərqli konfederasiyalardan olan yığmaların iştirakı ilə baş tutacaq turnir çərçivəsində paytaxtımıza Bolqarıstan, Monqolustan və Tanzaniya milliləri səfər edəcək. Şəxsən mən millimizin Tanzaniya ilə oyununu səbrsizliklə gözləyirdim. Düşünürdüm ki, yetərincə gərgin və maraqlı qarşılaşma izləyəcəyik. Heç şübhəm yox idi ki, “doğma divarlar”ın, dolu tribunaların dəstəyi ilə milli komandamız güclü rəqibini məğlub edəcək, bizə qələbə sevinci yaşadacaq. Amma oxuduğum xəbər məni əməlli-başlı məyus etdi. Məlum oldu ki, bu turnirdə yığmalar hərəyə iki oyun keçirəcək. Millimiz martın 22-də Bolqarıstanla, 3 gün sonra isə Monqolustanla qarşılaşacaq. Bəxtimizdə Tanzaniya ilə oyun keçirmək, bu müdhiş qarşılaşmanın həyəcanını yaşamaq yox imiş.

Bu anlaşılmaz qərarına görə FİFA-nı şiddətlə qınayıram. Ədalətsizlikdi, cənablar. FİFA-nın qərarını heçə saymalıyıq. AFFA təşəbbüsü ələ keçirsin, bu fürsəti əldən verməyək. Dost və qardaş Tanzaniyanın millisi o qədər yol qət edib, Bakıya gələcək. Heç olarmı ki, onlar Bakıdan Azərbaycan millisi ilə oyun keçirmədən ayrılsınlar? AFFA Bakı Olimpiya Stadionunda bu görüşü təşkil etməlidi, əminəm ki, azarkeşlər də AFFA-nın çağırışına səs verib, tribunaları dolduracaqlar. Bunu edə bilməsək, gərək qonaqlardan üzr istəyək. Deyək ki, bağışla bizi, Tanzaniya. Qalsın gələn dəfəyə!

AMAL

Paylaş:
Digər xəbərlər

Yığma

7-02-2024, 12:0

Püşkatma mərasimində iştirak edəcək Azərbaycan nümayəndə heyətinin tərkibi

Yığma

6-02-2024, 13:0

Arif Əsədov Millətlər Liqasının püşkatma mərasimində iştirak edəcək

Yığma / Manşet

8-10-2022, 12:0

AFFA rəsmiləri və de Byazi Almaniyaya yollanır

Yığma / Manşet

6-10-2022, 20:0

AFFA rəsmisi De Byazi ilə səfərə çıxır

Yığma

8-02-2024, 23:0

“Səbətlərin ən güclü milli komandaları ilə qarşılaşacağıq”

Aktual
“Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
"Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
“Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
“Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
Vernidubun start heyəti müəyyənləşir - "ağ-qaralar" böyükhesablı qələbəni necə qazandı?
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Son xəbərlər
  • Bu gün, 15:25
    Bir qol vurdu, ən yaxşı oyunçu seçildi
  • Bu gün, 14:40
    Fuad Bayramov "Səbail"də
  • Bu gün, 14:15
    “Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
  • Bu gün, 13:54
    "Qəbələ" 5 yoxlama oyunu keçirəcək
  • Bu gün, 13:23
    MS daha bir oyunçu transfer etdi
  • Bu gün, 12:57
    Nəriman start heyətində oynadı, komandası heç-heçə etdi
  • Bu gün, 12:36
    Final matçı bu topla oynanılacaq
  • Bu gün, 12:15
    Babək Quliyev Konfrans Liqasının matçında
  • Bu gün, 11:54
    Millimiz rekorda imza atdı
  • Bu gün, 11:23
    Hamını arxada qoydu
  • Bu gün, 10:52
    "Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
  • Bu gün, 10:31
    "Neftçi" Xorvatiya klubuna qarşı
  • Bu gün, 10:00
    Lissabondan Madridə üz tutdu
  • Dünən, 23:54
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 23:23
    Kapitan “gəmini” tərk etməyəcək
  • Dünən, 22:59
    Son çempiondan unikal göstərici
  • Dünən, 22:13
    "Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
  • Dünən, 22:02
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 21:30
    “Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
  • Dünən, 20:56
    MS yeni qapıçı aldı
  • Dünən, 20:25
    “Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
  • Dünən, 19:54
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Dünən, 19:23
    20 yaşında dünyasını dəyişdi
  • Dünən, 18:52
    "Şəfa"dan yeni transfer
  • Dünən, 18:31
    Vernidubun start heyəti müəyyənləşir - "ağ-qaralar" böyükhesablı qələbəni necə qazandı?
  • Dünən, 18:00
    Yenidən Fransada işləyəcək
  • Dünən, 17:29
    Yaşıl meydana oktyabrda dönəcək
  • Dünən, 16:58
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 16:27
    Doğma klubuna qayıtdı
  • Dünən, 15:56
    Matçın ən yaxşı oyunçusu seçildi
  • Dünən, 15:25
    Meksikalı futbolçu meydana nə vaxt qayıdacaq?
  • Dünən, 14:54
    Gözlənilən transfer rəsmən açıqlandı
  • Dünən, 14:51
    Yeni rekord müəyyənləşdirdi
  • Dünən, 14:30
    Güləşçimiz 10:0 hesablı qələbə ilə "qızıl" qazandı
  • Dünən, 13:52
    “Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Daha çox
Oxunub: 209
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 190
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 153
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 143
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə