Oktyabrın 9-da AÇ-2024-ün seçmə mərhələsinin püşkü atılacaq.
Mərasim Almaniyanın Frankurt şəhərində keçiriləcək. Görəsən, Azərbaycanı orda kim təmsil edəcək? Almaniyaya nümayəndə heyəti yollanacaq?
Suallarımızı AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdullaya ünvanladıq. Onun “Football-plus.az” saytına cavabı belə oldu:
"Canni de Byazinin iştirak edəcəyi dəqiqdi. Bir də mən tədbirdə olacam. Çünki oktyabrın 8-də Frankurtda AÇ-2024-ün seçmə mərhələsində iştirak edən ölkələrin federasiyalarının mətbuat katiblərinin seminarı keçiriləcək. Mən də bu tədbirdə iştirak etməliyəm. Bundan başqa, nümayəndə heyəti də ora gedəcək. Amma siyahıda kimlərin olacağını sabah axşam saatlarında saytımızda ictimaiyyətin diqqətinə çatdıracağıq".
İLKİN SULTANLI