Futbol üzrə millimizin məşqçisi Arif Əsədov Millətlər Liqası turnirinin 2024/25 mövsümünün püşkatma mərasimində iştirak edəcək.
"Football-plus.az" "Report"a istinadən xəbər verir ki, mütəxəssis fevralın 8-də Fransanın paytaxtı Parisdə baş tutacaq tədbirə qatılacaq.
Əsədovdan başqa, milli assosiasiyanın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli də mərasimdə iştirak edəcək. Tədbir Bakı vaxtı ilə saat 21.00-da başlayacaq.
Qeyd edək ki, C Liqasının 2-ci səbətində qərarlaşan yığmamızın potensial rəqibləri də məlumdu. Millimiz 1-ci səbətdən Rumıniya, İsveç, Ermənistan, Lüksemburq, 3-cü səbətdən Şimali Makedoniya, Slovakiya, Şimali İrlandiya, Kipr, 4-cü səbətdən isə Belarus, Estoniya, Latviya, Litva/Cəbəllütariq cütünün qalibi olacaq komandalardan formalaşacaq qrupda yer alacaq.
Qeyd edək ki, UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, C liqasının 1-ci səbətində yer alan Ermənistan millimizə rəqib ola bilməz.