• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Kimdi günahkar: Murad Musayev, yoxsa futbolçular?

Ölkə futbolu / Manşet

19-08-2023, 16:0

“Sabah” Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Partizan”a məğlub olmaqla avrokuboklarda mübarizəni dayandırdı.

Futbol ictimaiyyəti “bayquşlar”ın vətənə başıuca dönəcəyini düşünürdü. Təbii ki, belə düşünmək üçün əsas da var idi. Murad Musayevin futbolçuları ilk matçda sözün əsl mənasında tarix yazmışdılar. Günlərlə həm yerli, həm də Serbiya mətbuatında mövzu ilə bağlı xeyli yazı dərc edildi. “Partizan” ölkəsində tənqid atəşinə tutulmuşdu.

Avrokuboklarda debüt edən komandaya məğlub olmaq rəqibi gülüş obyekti etmişdi. Lakin “partizanlar” cavab görüşündə inamlı qələbə qazanaraq canlarını qurtara bildilər. “Sabah” isə çoxunun ümidlərini puç etdi. Düzdü, “tələbələr” başqa ab-havada məğlub olsaydı, bəlkə fərqli qarşılanardı. Lakin ev matçında qazanılan tarixi qələbə, göstərilən oyun, cəsarət və mübariz futbolçular azarkeşlərə böyük xəyallar qurdurmuşdu. Yekun nəticə isə “sürpriz” oldu.

Bizi əsasən üç sual düşündürür. “Sabah” Belqradda niyə Bakıdakı oyunun davamını gətirə bilmədi? Uğursuzluğun günahkarı kimdi – Murad Musayev, yoxsa futbolçular? Musayev niyə oyunun axarına müdaxilə edə bilmədi?
Bu suallara aydınlıq gətirməsi üçün təcrübəli mütəxəssis Aslan Kərimovla əlaqə saxladıq. Onun "Football-plus.az"a söylədikləri:

“Məncə, məhz hansısa detallara görə bir günahkar axtarmaq düzgün deyil. Oyunu ümumilikdə təhlil edib şəffaf nəticə çıxarmalıyıq. Daha çox səbəblərə diqqət yetirmək lazımdı. Məsələn, “Sabah” ilk oyunda rəqibə qol imkanları vermirdi. Bununla yanaşı, özü epizodlardan məharətlə istifadə etməyi bacarırdı. İkinci oyunda isə bunu görmədik. Ev və səfər qarşılaşmalarını müqayisə etdikdə yerdən göyə qədər fərq görünür. Cavab görüşündə sanki yerlər dəyişmişdi. Mənə elə gəlir ki, futbolçular çox həyəcanlıydı.

Birinci hissədəki oyun tərzinə əsasən “Sabah”ın müdafiəyə çəkildiyini və ilk matçda qazandığı 2:0 hesabını qorumağa çalışdığını düşünürəm. Düzdü, məşqlərdə iştirak etməyən, həmçinin tribunada olmayan biri üçün bu haqda dəqiq fikir səsləndirmək çətindi. Amma “bayquşlar” çox arxayın idi. “Partizan” böyük qüvvə ilə hücuma keçdiyi halda bizimkilərdən səs-soraq yox idi. Halbuki komanda buna öncədən hazırlıqlı olmalıdıydı. Xüsusilə Volkova gözlər dikilmişdi ki, o da tərəfdarları yanıltdı. Qol “silahı” Coy Lens-Mikelsin yoxluğu da məhz bu oyunda hiss olundu.

Rəqibi yaxşı tanıyıram. Oyun tərzinə bələdəm. Masazır təmsilçisi hücumda oynayıb 1 qol vursa, məsələ həll olunacaqdı. Təbii ki, bunun üçün azı 4-5 təhlükəli epizod yaratmalı idi ki, heç olmasa, birində rəqibi çaş-baş salsın. Lakin serblərin hesabı açması azərbaycanlı azarkeşlər də başda olmaqla hər kəsi şoka saldı. Bundan sonra gözləmək olardı ki, “Sabah” ilk oyundakı kimi çıxış edəcək. Lakin alınmadı. Vəziyyət pisə doğru getdi. Kobud səhv üzündən buraxılan ikinci qol isə matçın taleyini həll etdi. Bizimkilər qol imkanlarından daha peşəkar istifadə etməliydi. Təəssüf ki, avrokubok oyunlarındakı təcrübəsizlik sözünü dedi. Bu sualla bağlı sonda “Bank Respublika Arena”dakı kimi azarkeş dəstəyinin olmadığını da qeyd etməliyəm.

Murad Musayevə gəlincə, baş məşqçini tənqid etmək asandı. Çünki istənilən halda bəzi çatışmazlıqlar tapmaq mümkündü. Çalışdırıcının fərqli müdaxiləsi böyük dəyişikliklərə səbəb olmayacaqdı. Sözün açığı, “Sabah”ın ehtiyat oyunçular siyahısı “Partizan”la matçda ciddi fərq yarada biləcək futbolçularla zəngin deyil. Musayev onsuz da məğlubiyyət istəmirdi və bunun üçün əlindən gələni etdi. Daha artıq nə etmək olardı ki?! Yenə vurğulayım ki, sadəcə, hücumdan oynayıb rəqibi çəkindirmək və təhlükəli qol vəziyyətləri yaratmaq lazım idi.

“Sabah” daha cəsarətli oyun sərgiləyə bilərdi. Bunu daha öncəki matçlarda da müşahidə etmişik. Komanda hücum futbolunda daha effektiv olacaqdı...”


KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Konfrans Liqası

8-08-2023, 20:0

Murad Musayev azarkeşlərə səsləndi

Aktual / Konfrans Liqası

5-08-2023, 17:0

“Düşünürəm ki, "Neftçi" bir qədər də “artırsa”, "Beşiktaş"ı da keçə bilər”

Dünya futbolu

16-08-2023, 15:0

"Sabah"ın rəqibindən transfer

Dünya futbolu

9-08-2023, 14:0

"Sabah"ın rəqibində yeni hücumçu

Aktual / Avrokuboklar

17-08-2023, 13:0

Erkin İbrahimov Mikelsin yoxluğunu problem saymır

Aktual / Konfrans Liqası

16-08-2023, 14:0

“Partizan” üçün qol vurdu, azarkeşləri “Sabah”la oyuna çağırdı

Aktual
"Qəbələdə bilet satmayacağıq, "açıq qapı" olacaq" - "Araz-Naxçıvan" azarkeş sayını artıra biləcəkmi?
Yeni sponsor tapan klubun hədəfi nə olacaq?
“Günahımı hiss edirəm və məsuliyyəti öz üzərimə götürürəm” – “Dinamo”nun oyunçusu
Vernidub 400 min avroluq əcnəbi müdafiəçi istəyir – appendisit...
Qurban Qurbanovun növbəti qurbanı... - "Dinamo" baş məşqçisiylə vidalaşır
“Sözsüz, səhvlərə yol veririk” – Bense Varkonyi
Son xəbərlər
  • Bu gün, 12:25
    "Qarabağ"da Zubir dönəmi başa çatdı - RƏSMİ
  • Bu gün, 11:54
    Romadan Milana üz tuta bilər
  • Bu gün, 11:23
    Dünya çempionu paytaxt klubunda
  • Bu gün, 10:52
    “Qarabağ”ın ulduzlarından biri getdi – 8 titul, 79 qol, 96 ötürmə!
  • Bu gün, 10:31
    London klubunda yeni futbolçu
  • Bu gün, 10:00
    İspaniyada zəruri təxirəsalma
  • Bu gün, 00:05
    Masazırda "bayquş ulayırdı"!
  • Dünən, 23:55
    "Eyni vaxtda üç turnirdə çıxış etmək asan olmayacaq" - Valdas Dambrauskas
  • Dünən, 23:33
    "Transferlərdən narazılığımız yoxdu" - Azər Məmmədov
  • Dünən, 23:11
    "Potensialımız daha çoxdu" - Cavid Hüseynov
  • Dünən, 22:50
    Qəbələdə "sülh", "Sabah" qalib gəldi - YENİLƏNİB
  • Dünən, 22:20
    Nuriyev qol vurdu, komandası uduzdu
  • Dünən, 21:48
    "Araz-Naxçıvan"da baş məşqçi ilə bağlı qərar
  • Dünən, 21:27
    "Biz də qələbə qazana bilərdik, rəqib də" - Fərid Namazov
  • Dünən, 20:56
    Madrid klubu ilə razılığa gəldi
  • Dünən, 20:25
    "Sumqayıt"dan növbəti transfer
  • Dünən, 19:55
    "Sabah" - "Kəpəz": START HEYƏTLƏRİ
  • Dünən, 19:24
    İtaliyanın paytaxtını tərk etdi
  • Dünən, 18:53
    Ulduz futbolçu imicini dəyişdi
  • Dünən, 18:20
    Arif Əsədov "Qarabağ" üçün fəlakət ssenarisini açıqladı – “Allah eləməmiş, kənarda qalsalar...”
  • Dünən, 17:50
    "Araz-Naxçıvan" - "İmişli": START HEYƏTLƏRİ
  • Dünən, 17:20
    "Qəbələdə bilet satmayacağıq, "açıq qapı" olacaq" - "Araz-Naxçıvan" azarkeş sayını artıra biləcəkmi?
  • Dünən, 16:59
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 16:28
    Almaniyada iş yerini dəyişdi
  • Dünən, 15:58
    Lukaku ''Lion''a qarşı ilk oyunu buraxacaq!
  • Dünən, 15:37
    Yeni sponsor tapan klubun hədəfi nə olacaq?
  • Dünən, 15:16
    “Günahımı hiss edirəm və məsuliyyəti öz üzərimə götürürəm” – “Dinamo”nun oyunçusu
  • Dünən, 14:55
    İspaniya klubunu tərk etdi
  • Dünən, 14:34
    ''Qalatasaray'' XXI əsrdə ilk dəfə belə uğursuzluqla üzləşdi
  • Dünən, 14:22
    Daha üç boksçumuz mərhələ adladı - Avropa çempionatı
  • Dünən, 14:00
    Vernidub 400 min avroluq əcnəbi müdafiəçi istəyir – appendisit...
  • Dünən, 13:22
    Amsterdamda qərar tutdu
  • Dünən, 12:51
    Qurban Qurbanovun növbəti qurbanı... - "Dinamo" baş məşqçisiylə vidalaşır
  • Dünən, 12:30
    “Barselona”nı tərk etdi
  • Dünən, 12:03
    Keyn qalacaq, yoxsa gedəcək?
Daha çox
Oxunub: 337
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 284
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 136
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 131
Vernidub 400 min avroluq əcnəbi müdafiəçi istəyir – appendisit...
Oxunub: 106
Arif Əsədov "Qarabağ" üçün fəlakət ssenarisini açıqladı – “Allah eləməmiş, kənarda qalsalar...”
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə