"Sabah"ın rəqibindən transfer

16.08.2023 15:15 216
Dünya futbolu
"Sabah"ın Konfrans Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi "Partizan" heyətinə yeni qapıçı cəlb edib.

"Football-plus.az" klubun saytına istinadən xəbər verir ki, Serbiya təmsilçisi Krsto Lubanoviçi heyətinə qatıb. Monteneqrolu qolkiperlə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Partizan" - "Sabah" cavab oyunu sabah Belqradda keçiriləcək. Bu komandalar arasında ilk matç Bakı klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb.