Gəncə şəhər stadionunun son durumu hamıya bəllidi. Arenanın qazonu sıradan çıxıdığına görə “Kəpəz” qarşıdakı iki ev oyununu “doğma divarlar”dan kənarda keçirmək məcburiyyətində qalıb. “Sarı-söylər”in elitada qalmaq uğrunda mübarizə apardığı, mövsümün qızğın çağında, hər xalın qızıldan qiymətli olduğu vaxtda Gəncədən perik düşməsi heç yerinə düşmür.
Görəsən, Tərlan Əhmədovun çalışdırdığı kollektiv mövsümün sonuna qədər Gəncəyə dönə biləcək, yoxsa “qaçqın komanda” statusunu daşıyacaq? Gəncədəki etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, qazona qulluq edən “Aqrosport” şirkətinin əməkdaşları ot örtüyünü kürüyərək yenidən, daha dəqiq desək, sıfırdan toxum səpib, yeni qazon salırlar. Şirkətin əməkdaşları 2023/24 “futbol ili”ndə Gəncə stadionunda oyun keçirilməsini istəmir. Ancaq klub rəhbərliyi bunun əleyhinədi. Rəsmilər mayın 21-nə təyin olunan, premyer-liqanın 35-ci turuna təsadüf edəcək “Neftçi” ilə matçın Gəncədə baş tutmasında israrlıdı. Mənbəmiz onu da bildirdi ki, şirkər nümayəndələri həmin vaxta kimi örtüyün qaydasına düşəcəyinə təminat verir, ancaq otun kövrək olması səbəbindən meydanın dağıla biləcəyini də istisna etmir.
"Football-plus.az" olaraq məsələyə aydınlıq gətirmək üçün “Kəpəz”in İdarə Heyətinin sədri İlqar Nadiri ilə əlaqə saxladıq. Onun söylənilənlərə reaksiyası belə oldu: