“Yalnız iclasdan sonra səbəblər və hədəflər haqda məlumat verə biləcəyik” – klub prezidenti

30.05.2026 14:42 60
Ölkə futbolu / Aktual
Birinci liqada mövsümü 5-ci yerdə tamamlayan “Şahdağ Qusar”da marağlı hadisə baş verib.

3-cü dövrədə yalnız bir dəfə məğlub olan klubun rəhbərliyi məşqçi heyəti ilə əməkdaşlığa son qoyub. İstefaya göndərilən Elnur Abdullayev “Football-plus.az”a açıqlamasında klub rəhbərliyi ilə fikirlərinin üst-üstə düşmədiyini söyləmişdi. Bu səbəbdən şimal təmsilçisinin prezidenti İsrafil Xeyirbəyovla əlaqə saxladıq:

“İyunun 1-də iclasımız olacaq. Yalnız ondan sonra səbəblər və hədəflər haqda məlumat verə biləcəyik”.

İSRAYIL XEYRULLAYEV