“Aqrosport” rəsmisi qazonun sıradan çıxmasını Gəncənin iqliminə bağladı

7.02.2023 19:51 512
Premyer-liqa / Manşet
Qış fasiləsindən sonra doğma meydanda iki oyun keçirən “Kəpəz” heç birində məğlub olmayıb.

Tərlan Əhmədovun çalışdırdığı “sarı-göylər” yanvarın 24-nə təsadüf edən premyer-liqanın 19-cü turunda “Qəbələ”, fevralın 4-də isə lider “Qarabağ”la heç-heçə etdi ki, bunu Gəncə təmsilçisinin adına uğur kimi qələmə vermək olar. Ancaq bir məqam var ki, ona toxunmağa məcburuq. İstər “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyev, istərsə də “köhlən atlar”ın çalışdırıcsı Qurban Qurbanov Gəncə şəhər stadionunun ot örtüyündən narazı qalıb. Mütəxəssislər qazonun “ağır” olmasından şikayətlənib.

Görəsən, ot örtüyünə qulluq edən “Aqrosport”un bu iradlara münasibəti necədi? Şirkətin rəsmisi Fərman Əlizadə “Futbol+”ə açıqlamasında durumu belə izah etdi:
“Gəncə stadionu Qərb regionunda yerləşir. Orda isə havalar daha sərt keçir. Qış aylarında nəinki qazonu, torpağı da don vurur. Xüsusi örtüklə meydanı bir qədər şaxtadan qoruya bilirik. Lakin hamının bildiyi kimi, torpaq səthi dərinə düşdükcə üz səthdə daha soyuq və sərtləşmə olur. Dünya təcrübəsi göstərir ki, meydanda şaxtanın qarşısını almaq və otun inkişafına dəstək vermək üçün torpaqisitmə sistemindən və ya süni işıqlandırma cihazlarından istifadə olunmalıdı”.


RƏŞAD