Bu il “Qızıl top”un mükafatlandırma mərasiminin tarixi və məkanı açıqlanıb.
"Football-plus.az" xəbər verir ki, “France Football” jurnalı və UEFA-nın birgə təşkil edəcəyi nüfuzlu tədbir oktyabrın 26-a təyin olunub. Mərasim 70 il əvvəl, 1956-cı ildə ilk “Qızıl top”u qazanan ingiltərəli futbolçu Stenli Metyuza hörmət əlaməti olaraq Londonda təşkil ediləcək.
Yeri gəlmişkən, 2025-ci ildə mükafata PSJ-nin və Fransa yığmasının hücumçusu Usman Dembele layiq görülüb.