“Kəpəz”in hər ev oyununa nə qədər xərci çıxır? - ÖZƏL

18.09.2022 19:40 591
Premyer-liqa / Manşet
“Kəpəz”in ev oyunlarını Gəncədən kənarda, daha dəqiq desək, Qəbələdə keçirməsi klubun büdcəsinə də ciddi təsir göstərir.

Kluba yaxın etibarlı mənbədən “Football-plus.az” saytına daxil olan məlumata görə, “sarı-göylər” Qəbələdə keçirdiyi hər ev oyununa 7 min manat xərcləyirlər. Bura nəqliyyat, otel və stadionun icarə xərcləri daxildi. Bu məsələ klub rəhbərliyini çox narahat edir. Məhz bu səbəbdən Gəncə klubunun rəsmiləri qısa vaxtda stadion məsələsini həll edib, komandanın rəqibləri Gəncədə qəbul etməsinə çalışır.

RƏŞAD