Bu gün minifutbol üzrə millimiz Slovakiyada keçirilən AÇ-2026-nın F qrupunda ikinci oyununa çıxıb.
"Football-plus.az" xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi komanda İtaliya yığması ilə qarşılaşıb. Görüş yığmamızın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Komandanın heyətində Rəvan Kərimov, Vüsal İsayev və Ruzigar İbrahimzadə fərqləniblər.
Yığmamız ilk turda Avstriyanı üstələmişdi. İtaliya isə Fransa ilə qolsuz heç-heçə edib. Beləliklə, millimiz pley-offa vəsiqəni təmin edib.
Yığmamız qrupdakı növbəti oyununu mayın 30-da Fransaya qarşı keçirəcək.