20 yaşlı vinger “Football-plus.az”a açıqlamasında yeni komandasının düşərgəsinə nə vaxt yollanacağı haqda məlumat verdi:
“Hazırda U-21-in düşərgəsindəyəm. Ayın 10-na qədər toplanışda olacağıq. Toplanışdan qayıdandan sonra yeni komandamın düşərgəsinə qoşulacam. Mənə belə deyiblər”.
Murad təqdimat mərasiminin olub-olmayacağı barədə də danışdı:
“İnşallah, olacaq. Bu gün kubok oyunları var. Mən ora gedəndə hər şey hazır olacaq”.
Yeri gəlmişkən, mövsümü 4-cü yerdə bitirməklə Konfrans Liqasına vəsiqə qazanan “Pafos” bu gün ölkə kubokunun finalında “Apollon”la qarşılaşacaq.
MÜZƏFFƏR QULUZADƏ





