"Hərə öz ölkəsinin çempionatının lideridi" - Medina
Ölkə futbolu
27-03-2023, 00:0
"Qarabağ"ın futbolçusu Kevin Medina Bakıda "Qalatasaray"a qarşı keçirdikləri xeyriyyə matçı (1:2) haqqında fikirlərini bölüşüb.
"Football-plus.az" xəbər verir ki, o, görüşdən sonra "CBC Sport"a açıqlamasında bu sözləri deyib:
"Özəl bir oyun idi. Stadiona gələn azarkeşlər üçün xüsusi bir matç oldu. Çünki gəlir Türkiyədə baş verən zəlzələdən zərərçəkənlər üçün ayrılacaq. Hərə öz ölkəsinin çempionatının lideridi. Azarkeşlər ciddi oyun gördülər".