Lebron: 12 min məhsuldar ötürmə!

20.04.2026 15:36 26
İdman
Müasir MBA-nı Lebron Ceymssiz təsəvvür etmək çətindi. Onun həyatı və karyerası isə rekordlar, ağlasığmaz göstəricilər ilə zəngindi.

“Qolden Steyt” – “Leykers” oyununda maraqlı hadisə yaşandı. “Leykers”in müdafiəçisi Bronni Ceyms ilk çeyrəyin sonunda atası Lebrona məhsuldar ötürmə verdi. “Gölməçəsevərlər”in 119:103 qalib gəldiyi oyunda Lebron 26 xal, 8 ribaund və 11 ötürmə ilə matçın ən yaxşısı sayıldı. 10 xal, 1 ribaund və 3 ötürməsi olan Bronn isə MBA tarixinə atasına məhsuldar ötürmə verən ilk basketbolçu kimi düşdü. Martın 28-də Lebron da Bronninin fərqlənməsinə şərait yaratmış, MBA tarixinə oğluna məhsuldar ötürmə verən ilk ata kimi düşmüşdü.

“Leykers” aprelin 11-də “Finiks”ə qalib gəldi (101:73) və bu oyun da Lebronun karyerasına əlamətdar hadisə ilə yazıldı. “Gölməçəsevərlər”in ulduzu 28 xal və 12 ötürmə ilə ən məhsuldar basketbolçu oldu – bu öz yerində. Lebron həm də karyerası boyunca müntəzəm çempionatlarda topladığı xal sayını 12 minə çatdırmağ bacardı. O, bu göstəricidə 4-cü pillədə qərarlaşıb. Lebron yalnız Ceyson Kidd (12091), Kris Pol (12552) və Con Stoktondan (15806) geri qalır.

2018-ci ildən “Leykes”in şərəfini qoruyan 41 yaşı Lebron dördqat MBA çempionudu. 21 yaşlı Bronni isə 2024-ün yayında bu komanda ilə debütant müqaviləsi bağlayıb.

10 aprel
Vaşinqton – Çikaqo 108:119 (24:32, 27:20, 23:35, 34:32)
Toronto – Mayami 128:114 (32:26, 37:24, 33:40, 26:24)
Bruklin – İndiana 123:94 (14:31, 23:32, 35:35, 22:25)
Nyu-York – Boston 112:106 (26:29, 28:24, 27:30, 31:23)
Hyuston – Filadelfiya 76 113:102 (35:26, 38:30, 23:17, 17:29)
Qolden Steyt – Leykers 103:119 (23:28, 26:25, 24:29, 30:37)

11 aprel
Vaşinqton – Mayami 117:140 (23:34, 29:38, 33:33, 32:35)
Şarlott – Detroyt 100:118 (30:36, 35:32, 25:25, 10:25)
Atlanta – Klivlend 124:102 (27:22, 34:26, 35:17, 28:37)
Boston – Nyu-Orlean 144:118 (44:25, 38:26, 34:31, 28:36)
İndiana – Filadelfiya 76 94:105 (21:28, 30:30, 26:31, 17:16)
Nyu-York – Toronto 112:95 (22:21, 29:15, 28:28, 33:31)
Miluoki – Bruklin 125:108 (38:24, 28:30, 33:30, 26:24)
San-Antonio – Dallas 139:120 (37:26, 31:39, 40:28, 31:27)
Hyuston – Minnesota 132:136 (36:37, 37:32, 33:34, 26:33)
Çikaqo – Orlando 103:127 (26:28, 27:36, 26:35, 24:28)
Yuta – Memfis 147:101 (33:30, 41:22, 36:22, 37:27)
Denver – Oklahoma-Siti 127:107 (34:27, 25:24, 31:34, 37:22)
Portlend – Klippers 116:97 (33:24, 28:27, 25:33, 30:13)
Sakramento – Qolden Steyt 124:118 (32:27, 31:24, 19:38, 42:29)
Leykers – Finiks 101:73 (33:24, 24:24, 24:16, 20:9)

13 aprel
Boston – Orlando 113:108 (20:29, 32:32, 42:20, 19:27)
İndiana – Detroyt 133:121 (27:41, 36:40, 26:27, 32:25)
Klivlend – Vaşinqton 130:117 (43:21, 22:34, 34:40, 31:22)
Mayami – Atlanta 143:117 (33:24, 37:37, 29:23, 44:33)
Nyu-York – Şarlott 96:110 (20:30, 24:27, 29:30, 23:23)
Toronto – Bruklin 136:101 (32:27, 38:34, 30:23, 36:17)
Filadelfiya 76 – Miluoki 126:106 (29:26, 29:36, 38:16, 30:28)
Dallas – Çikaqo 149:128 (45:34, 35:22, 39:32, 30:40)
Klippers – Qolden Steyt 115:110 (25:26, 27:22, 31:33, 32:29)
Leykers – Yuta 131:107 (32:22, 30:23, 33:29, 36:33)
Minnesota – Nyu-Orlean 132:126 (34:24, 39:35, 24:31, 35:36)
Oklahoma-Siti – Finiks 103:135 (19:37, 33:33, 25:34, 26:31)
Portlend – Sakramento 122:110 (33:33, 44:24, 19:27, 26:26)
San-Antonio – Denver 118:128 (34:37, 22:33, 35:31, 27:27)
Hyuston – Memfis 132:101 (32:26, 34:19, 34:26, 32:30)

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul