Qardaşlıq oyunu: "Qalatasaray" "Qarabağ"a qalib gəldi - YENİLƏNİB

26.03.2023 22:04 385
Ölkə futbolu / Manşet
Bu gün "Qarabağ" və "Qalatasaray" arasında xeyriyyə oyunu keçirilib.

"Football-plus az" xəbər verir ki, azarkeşlər tərəfindən maraqla gözlənilən matç Bakı Olimpiya Stadionunda oynanılıb. Görüş İstanbul təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu, iki komanda arasında tarixdə ilk oyun olub.

Matçdan əldə olunacaq bütün gəlir Türkiyədə zəlzələdən zərərçəkənlərə ayrılacaq.

Qeyd edək ki, Ağdam təmsilçisi hazırda Misli premyer-liqasında, İstanbul klubu isə Türkiyə superliqasında liderdir.

Xeyriyyə matçı
26 mart
"Qarabağ" (Azərbaycan) - "Qalatasaray" (Türkiyə) 1:2

Reydon Cica, 19 - Bafetimbi Qomis, 4. Mauro İkardi, 87-p.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Tural Qurbanov
Bakı. Olimpiya Stadionu. 20.00