1 xal “Neftçi”yə sərf etdi, yoxsa “Zirə”yə?

20.04.2026 14:12 46
Ölkə futbolu / Aktual
“Neftçi” bu mövsüm ardıcıl 5-ci qələbəsini qazana bilərdi. “Ağ-qaralar” Zirə səfərində buna çox yaxın idi, həmin mübahisəli son dəqiqə qolu olmasaydı. Tərəflər arasındakı 1 xallıq fərq sabit qaldı, qorundu. Bu nəticə hansı komandaya daha çox sərf etdi?

“Neftçi” qələbə qazanmadı, amma məğlub da olmadı. Xal fərqi də cəmi 1-di. Ehtiyatda “Qarabağ”la oyun da var. Orda qazanılacaq minimum 1 xal “Neftçi”ni avtomatik 4-cü edir.

“Zirə” xal fərqini artıra bilməsə də, turnir cədvəlindəki yerini qorudu. Bundan sonrakı təqvimi də “Neftçi” ilə müqayisədə rahatdı.

Bir ehtimalı da unutmayaq: “Neftçi” 4-cü olandan sonra da avrokuboklara getməyə bilər. Çünki “Zirə” kubok mübarizəsinin içindədi, finala çıxmağa çox yaxındı.

MÜZƏFFƏR QULUZADƏ