"Özümüzü çempionat oyununa hazırladıq" - Diakabi

27.03.2023 00:05 220
Ölkə futbolu
"Qarabağ"ın futbolçusu Adama Diakabi Bakıda "Qalatasaray"a qarşı keçirdikləri xeyriyyə matçı (1:2) barədə danışıb.

"Football-plus.az" xəbər verir ki, o, görüşdən sonra "CBC Sport"a açıqlamasında görüşün vacibliyini vurğulayıb:

"Çox yaxşı oyun oldu. Premyer-liqadakı fasilədən yaxşı istifadə etdik. Özümüzü çempionat oyununa hazırladıq. Bu, həm bizim, həm də azarkeşlərimiz üçün önəmli görüş idi".


Zədədən yeni qayıdan Diakabi qeyd edib ki, artıq hər şey qaydasındadır:

"Gent"lə matçda zədələnəndən sonra həm həkimlər, həm də məşqçilər əllərindən gələni etdilər ki, daha tez sağalım. Hazırlıqlarım davam edir. Əlimdən gələni edəcəyəm ki, komandama kömək edim".