“Əlimdə Serbiya bayrağı Olimpiadada karyeramı bitirmək istərdim. Bu, gözəl olardı. Ancaq nəzarətimdən kənarda olan məqamlar var. Hər halda, fiziiki və psixoloji sağlamlığımı qorumağa çalışacam”.
38 yaşlı Cokoviç “Böyük dəbilqə” turnirlərində qələbə sayına (24) görə kişilər arasında rekordçudu. Ümumiyyətlə, karyerası boyunca ATP səviyyəsində 101 titul qazanıb. 428 həftə reytinqin zirvəsində qərarlaşmaqla həm kişilər, həm də qadınlar arasında rekordçudu. 2008-ci ildə keçirilən Pekin Olimpiadasında bürünc, Paris-2024-də isə qızıl medal qazanıb.






