Ferstappen mövsümün sonuna qədər “Red Bull”dan getməyəcək

20.04.2026 22:55 35
İdman
“Red Bull”un pilotu Maks Ferstappen 2026 mövsümünün sonuna və bəlkə ondan sonra da bu komandada qalmağı planlaşdırır.

"Football-plus.az" xəbər verir ki, bu barədə xəbəri “Daily Mail”in əməkdaşı Conatan Makevoy yayıb. O, iddia edir ki, 28 yaşlı niderladlı “Formula-1” karyerasını keçirdiyi, böyük uğurlara nail olduğu komandaya sadiq qalmaq istəyir.

Xatırladaq ki, Ferstappen əvvəllər dəfələrlə dünya çempionatının yeni reqlamentini tənqid edib. Hətta Yaponiya mərhələsindən sonra “Formula-1”dən getmək haqda düşündüyünü də dilə gətirib.

2015-ci ildə - 17 yaşında “kral avtoyarışları”nda debüt edən niderlandlı pilot dördqat dünya çempionudu. 2026 mövsümündə isə cəmi 12 xal toplayıb və 9-cu yerdə qərarlaşıb.