Junior Robinyo klubu ilə yenidən anlaşıb.
"Football-plus.az" xəbər verir ki, Braziliya yığmasının sabiq hücumçusu Robinyonun oğlu olan yeniyetmə “Santos”la müqaviləsini yeniləyib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 18 yaşlı vingerin yeni sözləşməsinin müddəti 2031-ci ilin yayına qədərdi.
Junior bu mövsüm 2 oyunda meydana çıxıb. “Transfermarkt” saytı onun transfer dəyərini 5 milyon avro qiymətləndirir.