Nəhayət, “Bavariya” 2023-cü ildə ilk qələbəsini qazanıb.
Almaniyanın dəyişməz çempionu 3 oyunluq qələbəsiz seriyaya “Maynts-05” ilə matçda son qoyub. Yulian Naqelsmannın komandası səfər oyununda 4 cavabsız qolla qalib gələrək ölkə kubokunun 1/4 finalına vəsiqə qazanıb. Münhenlilərin qollarını Erik Çupo-Motinq, Camal Musiala, Leroy Sane və Alfonso Devis vurublar.