Erik-Maksim Çupo-Motinqin bütün turnirlərdə qol seriyası davam edir.
O, “Bavariya”nın Çempionlar Liqasında “İnter” ilə son oyununda (2:0) da qapıya yol tapıb. Hücumçu bununla da meydana çıxdığı ardıcıl 6-cı matçında da adını tabloya yazdırıb. Çupo-Motinq bu oyunlarda 7 qolun və 3 məhsuldar ötürmənin müəllifi olub.