“Sport Marketing Group” şirkəti Bakı Olimpiya Stadionundakı fəaliyyətinə son qoyub.
SMG uzun müddətdi ki, BOS-da keçirilən tədbirlərin təşkili zamanı öz işini icra edirdi. Bu üzdən şirkətin ordan ayrılması bir qədər gözlənilməz oldu.
Belə addımın səbəbi maraq doğurmaya bilməz. İkincisi, SMG-nin əvəzinə BOS-da hansı şirkətlər fəaliyyət göstərəck? Bu istiqamətdə hansı addımlar atılır? Suallarımızı BOS-un mətbuat katibi Fərid Əsədzadəyə ünvanladıq:
“Belə deyək, SMG özəl şirkətdi. Yəqin daha münasib iş tapıblar ki, burdan ayrıldılar. Özləri istəyərək gedib, biz qovmamışıq. Neçə illər müştərimiz olan şirkətdi, əməkdaşlığımız normal idi. Siz yalnız SMG-ni tanıyırdız. Lakin çox şirkətlər olub ki, bizimlə işləyiblər, əməkdaşlıq ediblər, daha sonra ayrılıblar. SMG də böyük ehtimalla daha münasib iş tapdığına görə BOS-dan ayrıldı. Bildiyim qədər indiki ofisləri şəhərin mərkəzindədi. Şəhərin mərkəzi burdan daha münasib olduğu üçün bu variantı seçdilər. Bizim daim müştərilərimiz olur. Hazırda da danışıqlar gedir. Yəqin yaxın vaxtlarda biri təsdiqlənəcək. Tək idman sahəsinə aid yox, başqa şirkətlər da burda fəaliyyət göstərir. Buranı tək idman yeri kimi düşünmək olmaz. BOS-da digər özəl şirkətlər də fəaliyyət göstərir. Bu o demək deyil ki, buranı “Biznes plaza” kimi düşünmək lazımdı. Bu da düzgün deyil. Məhdud sayda otaqlarımız var ki, onlara hələ ehtiyac duyulmur. Belədə həmin otaqlar icarəyə verilir”.
ŞAİR ABDULLA