PFL yeni əməkdaşlıq müqaviləsi imzaladı

31.10.2022 11:37 428
Ölkə futbolu
Peşəkar Futbol Liqası və “Cansports travel and consulting” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

"Football-plus.az" PFL-ə istinadən xəbər verir ki, “Cansports travel and consulting” şirkəti Peşəkar Futbol Liqasının daxili və xarici səfərlərini təşkil edən şirkətlər siyahısına daxil olub. Bundan əlavə, zərurət yaranacağı təqdirdə “Cansport” şirkəti PFL-in digər layihələri zamanı da tərəfdaş kimi təşkilati işlərə müvafiq dəstək verə bilər.

Azərbaycanda bu sahədə fəaliyyət göstərən “Cansports travel and consulting” şirkətinin əsas məqsədi idman turnirləri, təlim-məşq toplanışları, idmanla bağlı müxtəlif xidmətləri yüksək səviyyədə həyata keçirmək və nümayiş etdirməkdi.