• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Gəncə mənzərəsi: klubdaxili demokratiya fontan vurur! - KÖŞƏ

Premyer-liqa / Yazarlar

6-11-2022, 12:0

“Kəpəz”in hücumçusu, Azərbaycanın futbol tarixində bəlli izi olan, hətta qəzetimizin sorğusunda vaxtilə ilin futbolçusu seçilən Rauf Əliyevin “msport”a müsahibəsini böyük maraq hissi ilə iki dəfə oxudum.

Huşəngin qədirbilən oxucusu dərhal soruşacaq ki, sənə nə olub, oxuduqlarını əzbərləmək istəyirsən? Yox e, nə əzbərçilik, sadəcə, düşündüm ki, bəlkə yaşdandı, gözümə tor gəlib, hərflər qaçır, ona görə təkrar oxudum. Sonra düşündüm-daşındım və bu qərara gəldim ki, ölkənin klub futbolunda əməlli-başlı inqilab baş verir, yəni “Kəpəz”də klubdaxili demokrtatiya hansı səviyyəyə çatıbsa, Rauf bəy baş məşqçi Tərlan Əhmədovu göydən yerə vurur, “Tərlanın qarnının ağrısı nə idisə…”, “o kimdi ki, məni qovsun?” kimi çarpıcı və xoşagəlməz ifadələr işlədir.

Tərlan Əhmədov hətta ilk məşqdəcə Raufa hansısa gənc oyunçuya irad tutduğuna görə “nakitka”nı qoy, meydandan çıx” deyibsə belə, heç bir halda bu cür tənqidi haqq etmir! Baş məşqçi səni əsas komandadan uzaqlaşdırıb, əvəzedici heyətdə - Xaliq Mərdanovun rəhbərliyi altında özün dediyin kimi, 17-18 yaşlı uşaqlar arasında qolları sıralayırsan. Amma bu sənə əsas vermir ki, ağzını açıb, gözünü yumasan! Ortada çox sadə məntiq var: Raufun məlum müsahibəsini oxuyan və onunla eyni klubun formasını geyən yerli və legioner futbolçular bundan sonra Tərlan Əhmədov haqda nə düşünəcəklər? Tam təbii olaraq, düşünəcəklər ki, Rauf burdan maaş alır və baş məşqçini belə asanlıqla tənqid edirsə, onda biz niyə etməyək, biz niyə çalışdırıcının hər əmrini yerinə yetirək? Və ya başqa bir cəlbedici sual üzərində düşünək: “Qarabağ”da, “Neftçi”də, “Sabah”da eyni mənzərənin yaşanmasını təsəvvür edirsizmi? Ən yaxın keçmişdə Rəşad Sadıqov faktiki heç bir ciddi əsas göstərmədən Təmkin Xəlilzadə ilə İlkin Muradovu əsas komandadan uzun müddətə kənarlaşdırdı. Adı çəkilən futbolçuların mövzu ilə bağlı açıqlamasını və izahatını eşitdizmi, oxuduzmu? Eşitmədizsə, oxumadızsa, onda “Kəpəz”də yaşananlar nədi? Açığı, mənim ağlıma ilan-qurbağa, dolaşıq fikirlər də gəlir. Bəlkə “Kəpəz” rəhbərliyindən, kollektivdən kimlərsə Raufun məhz belə danışmasında, baş məşqçini göydən yerə vurmasında maraqlıdı? Öz aramızdı, demokratiyanın da, fikir müxtəlifliyinin də bir həddi var! Futbol komandası kimi çox adamın çalışdığı və ümumi hədəf naminə birləşməli olduğu yerlərdə belə demokratiya fontanı nə dərəcədə məqsədəuyğundu?
Nəhayət, onu da qəbul edək ki, məhz Tərlan Əhmədov “sükan arxasına” keçəndən sonra “Kəpəz” komandaya oxşamağa başlayıb, nəticələrin nisbətən yaxşılaşması fonunda klub da tarixinə və ənənələrinə uyğun gələn qayğı ilə əhatə olunmaqdadı. Hətta mən fikrimi bir qədər də aydın ifadə edib demək istəyirəm ki, nəhayət, Gəncə “Kəpəz”in bu şəhər üçün bir dəyər, klubu ayaqda saxlamalı olduğunu anlayıb. Belə zamanda və mühitdə Raufun ultrademokratlığı komandaya fayda vermək əvəzinə ziyan vuracaq. Buna artıq adım kimi əminəm. Təbii ki, bu mənim jurnalist baxışımdı, əlhəmdülillah, fikrimi mütləq həqiqət, ən doğru nəzəriyyə kimi təqdim etmək niyyətindən kilometrlərlə uzağam. Amma Azərbaycan təcrübəsindən çıxış edib demək istəyirəm ki, futbolçunun baş məşqçiyə qarşı bu şəkildə “qiyam qaldırdığı”, ictimaiyyət önündə biabır etdiyi bir komandanın hansısa böyük hədəflərə çatacağına, ciddi turnir vəzifələrini yerinə yetirəcəyinə əsla və qətiyyən inanmıram. Yəni bu gün “Kəpəz”də hökm sürən demokratiya klubun elə öz başında çatlamasa yaxşıdı. Təbii, dünya siyasətinin əfsanələrindən olan Uinston Çörçillin məşhur “demokratiya özü də ideal quruluş deyil, lakin bəşəriyyət hələ bundan yaxşısını kəşf etməyib" ifadəsini də unutmuram.

HUŞƏNG

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

6-11-2022, 12:0

Rauf Əliyev Tərlan Əhmədovu aşağıladı - QALMAQAL

Ölkə futbolu / Manşet

8-09-2022, 16:0

Tərlan Əhmədovla Rauf Əliyev arasında baş verən münaqişənin ŞOK detalları

Ölkə futbolu / Manşet

5-09-2022, 15:0

Tərlan Əhmədovun "Kəpəz"dəki maaşı bəlli oldu

1-ci liqa / Manşet

9-10-2022, 17:0

Təcrübəli forvard aşağı dəstənin ən ödənişli futbolçusudu

1-ci liqa / Manşet

29-09-2022, 22:0

Rauf Əliyev “Kəpəz-2”də debüt oyununda necə təsir bağışlayıb? - AÇIQLAMA

Premyer-liqa

23-07-2022, 09:0

Rauf Əliyev rəsmən "Kəpəz"də

Aktual
Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
“ÇSKA məhz belə oyunlar üçün qurulub” – “Qarabağ”ın rəqibindən iddialı paylaşım
"Komanda yüz faiz olmasa da, böyük ölçüdə formalaşıb" - tezliklə Şamaxı stadionunda da projektorlar olacaq!
“Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
“Neftçi” potensialından maksimum yararlansa, geridönüş edə bilər” - Mahmud Qurbanov
Oyuna bir gün qalıb, amma “Zirə” hələ bilet satmır – nə vaxt başlayacaq?
Son xəbərlər
  • Dünən, 23:56
    “Oyunun axarı artıq göstərirdi ki, qol vura bilməyəcəyik” – Rəşad Sadıqov
  • Dünən, 23:20
    “Heç bir zorakılıq və qalmaqal yaşanmadı” – İnfantino mundialın təşkilatçılığını təriflədi
  • Dünən, 22:41
    “Bizim sirrimiz yox idi” – “Payde”nin baş məşqçisi
  • Dünən, 22:04
    Holann və Yamalın dəyəri rekord həddə çatdı - Vozinya, nəhayət, özünə klub tapdı
  • Dünən, 22:03
    "Zirə" dayandı, "Neftçi" hesabı açdı, "Qarabağ" ÇSKA-ya qarşı - YENİLƏNİR
  • Dünən, 21:31
    "Sumqayıt" "Şamaxı"ya qalib gəldi
  • Dünən, 21:08
    ÇSKA - "Qarabağ": START HEYƏTLƏRİ
  • Dünən, 20:43
    "Xankəndi" ev oyunlarını Xankəndidə keçirəcək
  • Dünən, 20:20
    Yeni mövsümün startını buraxacaq
  • Dünən, 19:59
    "Dinamo-Minsk" - "Neftçi": START HEYƏTLƏRİ
  • Dünən, 19:28
    Mançesterdən Milana üz tutacaq
  • Dünən, 18:57
    "Zirə" - "Payde": START HEYƏTLƏRİ
  • Dünən, 18:26
    Per Mertezakerin yeni iş yeri məlum oldu
  • Dünən, 17:55
    Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
  • Dünən, 17:24
    Messi oyundaşlarına hədiyyə paylayıb
  • Dünən, 16:53
    "Sabah" - "Orhus" oyununun hakimləri açıqlandı
  • Dünən, 16:22
    Asiyadan Avropaya qayıdır
  • Dünən, 15:51
    İFF-dəki fəaliyyətini dayandırdı
  • Dünən, 15:36
    Finalı idarə etdi, “daha bəsdi” dedi
  • Dünən, 15:05
    Məşhur fransalı Maltada oynayacaq
  • Dünən, 13:56
    “ÇSKA məhz belə oyunlar üçün qurulub” – “Qarabağ”ın rəqibindən iddialı paylaşım
  • Dünən, 13:25
    Parisdən Madridə yollandı
  • Dünən, 12:54
    "Sabah"ın "Orhus"a qarşı səfər oyununun vaxtı
  • Dünən, 12:23
    Gözlənilən təyinat açıqlandı
  • Dünən, 11:52
    "Komanda yüz faiz olmasa da, böyük ölçüdə formalaşıb" - tezliklə Şamaxı stadionunda da projektorlar olacaq!
  • Dünən, 11:31
    Milli komandanı tərk etdi
  • Dünən, 11:00
    "Şamaxı"nın sabiq futbolçusu "Kəpəz"də
  • Dünən, 10:31
    “Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
  • Dünən, 10:10
    5 güləşçimiz U-17 dünya çempionatında mübarizəyə başlayır
  • Dünən, 09:59
    “Neftçi” potensialından maksimum yararlansa, geridönüş edə bilər” - Mahmud Qurbanov
  • Dünən, 09:38
    "Kəpəz"in rəhbəri Gəncənin icra başçısı ilə görüşdü
  • Dünən, 00:40
    "Tam olaraq formadayıq və hazırıq” - "Payde"nin baş məşqçisi
  • Dünən, 00:15
    "Yeganə istəyim budu ki, futbolçularım kişi kimi mübarizə aparsınlar" - Yuri Vernidub
  • 29-07-2026, 23:0
    "Sabah"ın rəqibi bəlli oldu - ÇL
  • 29-07-2026, 23:0
    "Şamaxı" müdafiəçi transfer etdi
Daha çox
Oxunub: 359
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 213
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 153
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 117
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Oxunub: 116
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə