• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Turan Tovuz” nağılı bitdi? - KÖŞƏ

Premyer-liqa / Yazarlar

6-11-2022, 11:0

Ayxan Abbasov Azərbaycanın yeni nəsil çalışdırıcıları arasında hörmət göstərilənlərdəndi.

“Zirə”dəki işiylə alqış qazanmışdı. Qəsəbə təmsilçisi onun rəhbərliyi altında yaxşı təsir bağışlayır, çempionatdakı təcrübəli rəqibləri arasında boy göstərməyi bacarırdı. “Zirə”nin onun rəhbərliyi altında avrokuboklardakı çıxışı da pis alınmamışdı. Düzdü, avrokubok təcrübəsi zəngin olmayan “Zirə” qitə səhnəsində heç də böyük uğurlara imza atmadı. Lüksemburq təmsilçisi “Differdanj”ı hər iki qarşılaşmada məğlub edən “Zirə” üçün Rumıniya “Astra”sı keçilməz oldu. Bu nəticə heç də gözlənilməz deyildi. Yeganə təsəllimiz o oldu ki, doğma meydandakı qarşılaşmada “Zirə” təcrübəli rəqibə uduzmadı və ölkə üçün reytinq xalları qazandı.

Onun “Sumqayıt”dakı işi daha da uğurlu alındı. Baş məşqçi postunda Nazim Süleymanovu əvəzləyən Abbasov ölkə çempionatının bürünc medallarını qazandı, komandasını kubokun finalına çıxardı. Bürünc medalların qazanılmasında futbol meydanlarından kənarda baş verən hadisələr rol oynasa da, bu səbəblər nəticəni dəyişdirə bilməz. İstənilən halda tarixdə qalan nəticədi ki, Ayxan bəy “Sumqayıt”ın baş məşqçisi kimi həmin nəticəni qazanıb və onun rəhbərliyi altında “gənclik şəhəri”nin komandası Azərbaycanı avrokuboklarda təmsil edib. Hər iki halda da “Sumqayıt” əli ətəyindən uzun şəkildə üstümüzə qayıdıb. Bunu da onunla əlaqələndirmişik ki, komandanın heyətində rəsmən legioner yoxdu, avrokuboklara hazırlıq üçün yetərincə büdcə ayrılmayıb, transferlər edilməyib. Bütün bu obyektiv və subyektiv səbəbləri göz önünə gətirəndə Ayxan bəyi çox da qınamamışıq, uğursuzluğa görə hədəfə çevirməmişik.

“Sumqayıt”ın uğursuzluqlarında Abbasovun elə də böyük günahı olmasa da, klub prezidenti Riad Rəfiyev bizim kimi düşünmürdü. Ona görə də “Sumqayıt” “qara zolaq”dan çıxa bilməyincə Rəfiyevin ilk işi baş məşqçini yola salmaq oldu. Çalışdırıcının “dəyişikliyə ehtiyacı var” sözləri onun başına bəla oldu, menecer-prezident dəyişikliyə baş məşqçidən başlamağa qərar verdi. Sonrasını siz də bilirsiz. “Sumqayıt” həmin vaxtdan “Aşqabad batan kimi” batmaqdadı. Belaruslu mütəxəssis Aleksey Baqa yola salınıb, onun yerinə “şəxi işi”nə “Neftçi”ylə qazandığı çempionluğu yazdıran Samir Abasov gətirildi. Amma “Sumqayıt” üçün tunelin sonundakı işıq hələ də görünmür. Komanda nəinki qələbəyə həsrətdi, heç qol vurmağı da bacarmır. Samir bəy də hər fürsətdə Baqa ilə Rəfiyevin birgə fəaliyyətinə, yəni onların “Sumqayıt”a gətirdiyi legionerlərin səviyyəsinə “2” verib, yaxasını kənara çəkir. Bu proseslər də bir daha onu təsdiqləyir ki, “Sumqayıt”ın ötən mövsüm düşdüyü “qara zolaq”da Ayxan Abbasov heç də böyük günah sahibi deyilmiş, Rəfiyev onun əlinin altına “yararsız material” veribmiş.

Bu üzdən Abbasov “Turan Tovuz”un baş məşqçisi təyin ediləndə sevindik. Heç şübhəsiz, bu təyinat Ayxan bəy üçün yeni bir çağırış, özünü təsdiqləmək üçün əla fürsət idi. Bəli, “Turan Tovuz” elitanın debütantıdı və heç də böyük büdcəylə öyünə bilməz. Lakin qərb təmsilçisi heç kasıb da sayılmaz, heyətində səkkiz legioner var. Özü də legionerlərin coğrafiyası yetərincə rəngarəngdi. Aralarında qonşu Gürcüstanla Rusiyadan olanlar da var, Böyük Britaniya ilə Cənubi Afrika Respublikasından olanlar da. Bəhanə və şikayətlər üçün elə böyük əlyeri yoxdu. Çünki heyət məhz Ayxan Abbasovun nəzarətində formalaşıb, komandaya futbolçuları özü cəlb edib. Sözsüz, bu işdə ona menecerlər də kömək edib, öz xeyirlərini götürüblər. Di gəl ki, “Turan Tovuz” “Sumqayıt” deyil, burda Riad Rəfiyev kimi öz xeyrini güdən, baş məşqçinin işinə müdaxilə edib, onun seçim imkanlarını məhdudlaşdıran klub prezidenti yoxdu. Kənardan baxsaq da, yaxşı bilirik ki, Ayxan bəyin sözü Tovuzda keçir.

Deməli, seçib-bəyəndiyi, heyətə cəlb etdiyi legionerlərə görə elə Ayxan bəy özü məsuliyyət daşıyır. “Turan Tovuz” mövsümə heç də pis başlamamışdı. İlk dövrədə “Şamaxı”nı, “Səbail”i səfərdə məğlub edən, “Neftçi”yə “Bakcell Arena”da uduzmayan qərblilər indi enişə başlayıb. Doğma meydanda “Zirə”yə məğlubiyyət, “Səbail”lə oyundakı heç-heçə Abbasov və “Turan Tovuz” üçün həyəcan siqnalı idi. Heyəti bütünlüklə yerli, əksəriyyəti də təcrübəsiz futbolçulardan qurulan “Şamaxı” da ilk qələbəsini Tovuzda qazandı. Cənubi Afrikadan olan müdafiəçi Siyanda Xulu sinəsiylə topu saxlayıb, “Şamaxı”nın futbolçularının qarşısına atdı ki, vurun bizim qapımıza. Qarşıda “Turan Tovuz”u bir-birindən gərgin oyunlar gözləyir. Doğma meydanda “Şamaxı”ya uduzan komanda bu sınaqlardan üzüağ çıxmağı, azarkeşləri sevindirməyi bacaracaqmı? Olmaya, “Turan Tovuz” azarkeşləri üçün nağıl bitdi, qələbələr şirin yuxu kimi keçmişdə qaldı? Ayxan bəy çılğınlığını bir kənara qoymalı, soyuq başla səhvləri təhlil etməlidi. Hələ ki çox da gec deyil...

AMAL

Paylaş:
Digər xəbərlər
Aktual
Sərfəli təklif aldılar, klubu elitada saxlayan futbolçunu satdılar
Mümkünsüz arzularla alovların arasından üzmək... – Dambrauskas şeir dedi
“Çempionat bitəndən sonra rəhbərliklə aramızda fikir ayrılığı yarandı” - Rahid Əmirquliyev
“Payde” Sumqayıtda yalqız qalacaq!
"Qarabağ"ın oyununda bizi narahat edə biləcək çox məqam var"- ÇSKA-nın baş məşqçisi
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Son xəbərlər
  • Bu gün, 22:10
    Caz nazirliyi
  • Bu gün, 21:20
    "Sabah" Maludanı "Bazel"ə satdı - RƏSMİ
  • Bu gün, 20:59
    “Qurban Qurbanov taktiki tələlər qura bilir” – “Qarabağ”ın sabiq futbolçusundan ÇSKA-ya xəbərdarlıq
  • Bu gün, 20:26
    İspaniyadan İngiltərəyə üz tutdu
  • Bu gün, 19:55
    ''Qalatasaray'' prezidentindən İkardi etirafı - ''Ondan cavab gözləyirik''
  • Bu gün, 19:24
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 18:53
    Sərfəli təklif aldılar, klubu elitada saxlayan futbolçunu satdılar
  • Bu gün, 18:22
    Almaniyalı əfsanə Musialaya xəbərdarlıq etdi
  • Bu gün, 17:51
    ÇSKA-da taktiki sxem və heyət dəyişikliyi – fərqli oyun, yoxsa tələ?
  • Bu gün, 17:20
    “Araz-Naxçıvan” azarkeşlərdən bir qədər də uzaqlaşdı – klub problemi necə həll edəcək?
  • Bu gün, 16:59
    Mümkünsüz arzularla alovların arasından üzmək... – Dambrauskas şeir dedi
  • Bu gün, 16:28
    “Çempionat bitəndən sonra rəhbərliklə aramızda fikir ayrılığı yarandı” - Rahid Əmirquliyev
  • Bu gün, 15:57
    “Artıq milli komandanın baş məşqçi vəzifəsinə namizəd deyiləm” - Pirlonun “skuadra adzurra”ya təyinatı niyə rəsmiləşmədi?
  • Bu gün, 15:36
    “Bəzi suallara istədiyim cavabı verə bilməyəcəm” – Rəşad Sadıqov
  • Bu gün, 15:15
    “Payde” Sumqayıtda yalqız qalacaq!
  • Bu gün, 14:54
    “Karvan-Yevlax”dan növbəti transfer
  • Bu gün, 14:23
    "Qarabağ"ın oyununda bizi narahat edə biləcək çox məqam var"- ÇSKA-nın baş məşqçisi
  • Bu gün, 13:52
    “Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
  • Bu gün, 13:31
    ''Qalatasaray'' istəyir, ''Ayntraxt'' buraxmır
  • Bu gün, 13:00
    “İmarət Avropa” "Qarabağ"ı tək qoymayacaq
  • Bu gün, 12:39
    “İtaliyada insanları nəticədən başqa heç nə maraqlandırmır” - Fonseka “Milan”da işlədiyi dönəm haqda nələr dedi?
  • Bu gün, 12:18
    "Hər şey yaxşıdı, amma davam etmək lazımdı" - Aleksey İsayev
  • Bu gün, 11:57
    Azərbaycan klubu ilə anlaşdı, Bolqarıstana qaçdı
  • Bu gün, 11:36
    ''Qalatasaray''ın sabiq üzvündən şok sözlər - ''Bunları çox az insan görmək istəyər''
  • Bu gün, 11:15
    "Kəpəz" Qətər klubuna qarşı
  • Bu gün, 10:54
    Millimiz Çexiya ilə üz-üzə gələcək
  • Bu gün, 10:33
    “Sabahın Ulduzları” turnirinin püşkü atıldı
  • Bu gün, 10:13
    Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
  • Bu gün, 09:52
    İki güləşçimiz dünya çempionatının finalında
  • Bu gün, 09:31
    "Çox keyfiyyətli və yaxşı məşqçi tərəfindən hazırlanan komandaya uduzduq" - KuPS-un baş məşqçisi
  • Bu gün, 09:00
    Türkiyə klubu 900 minə aldığı oyunçunu 15 milyona satdı!
  • Dünən, 23:27
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 23:00
    “Sabah” və Mikels 10-a çatdı
  • Dünən, 22:06
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 21:55
    "Belə nəticə əldə etməyimizlə qürur duyuram" - Valdas Dambrauskas
Daha çox
Oxunub: 227
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 213
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 184
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 150
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə