• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Rauf Əliyev Tərlan Əhmədovu aşağıladı - QALMAQAL

Premyer-liqa / Manşet

6-11-2022, 12:0

“Kəpəz”in baş məşqçisi Tərlan Əhmədovla komandanın hücumçusu Rauf Əliyevin münasibətlərinin pozulduğundan xəbəriniz var.

Mütəxəssis Gəncə klubunun “sükanı arxasına” keçəndən sonra yığmanın sabiq forvardını əvəzedicilərə yollamağı lazım bildi və mətbuata açıqlamasında onun əsas komandaya dönmək ehtimalının olmadığını bildirməklə yadda qaldı.

Bugünlərdə “msport.az” saytına açıqlama verən Əliyev baş məşqçinin qərarına münasibət bildirib:

“Heç bir baş məşqçi ilə intizamla bağlı problemim olmayıb. Milli və klub səviyyəsində yaxşı çıxışım çox olub. Mənim problemim intizamla bağlı deyil. Tərlanın qarnının ağrısı nə idisə, gələn kimi ilk məşqdən sonra məni əsas komandadan uzaqlaşdırdı. Halbuki təcrübəli futbolçuyam. Məşq zamanı hansısa gənc oyunçuya irad bildirə bilərəm. Adi bir şey idi. Stadionda olan hamı gördü. Məşqi izləyənlər də dedi ki, buna görə futbolçunu qovmaq gülüncdü. Əslində qovmayıb, məşqdən kənarlaşdırıb. O kimdi ki, məni qovsun? Böyük ehtimalla dərdi başqadı. Belə bir addım atıbsa, ən azı səbəbini açıqlamalıdı ki, ictimaiyyət də bilsin. Mətbuat konfranslarında bunu nizam-intizama görə etdiyini deməklə bilmirəm, bəlkə də özünü quruya çıxarır və ya xal qazanır. Hamı bilir ki, boş-boş şeylərdi. Baş məqşçidi, ola bilər ki, mənimlə işləmək istəmir. Bunu açıq şəkildə deməlidi. Kimin kimlə problemi varsa, əvvəldən deyir, o da işini bilir. Məşqdən öncə çağırardı, deyərdi ki, mən səninlə işləmək istəmirəm. Mən də normal qəbul edərdim. 33 yaşım var. Əsas komandaya əvəzedicilərdən 17-18 yaşlı uşaqlar cəlb olunur. Onların yanında mənə “nakidka”nı qoy, meydandan çıx” deməsi xoş deyil. Çünki orda heç vaxt intizamla bağlı problemim olmayıb. Fikrin var idisə, əvvəldən deyərdin. Tərlanın rəhbərliyi altında oynamaq istəmirəm”.


Göründüyü kimi, Rauf baş məşqçi barədə çox sərt danışıb. Hətta yumşaq desək, qırmızı xətti də keçib. Görəsən, klub rəhbərliyi bu barədə nə düşünür? Bir futbolçunun komandanın çalışdırıcısı barədə mətbuatda belə danışması, vulqar ifadələrdən istifadə etməsi, heç şübhəsiz, kollektivdaxili ab-havaya da təsir edir. Bu həm də Tərlan bəyin oyunçular arasında nüfuzunu aşağılamaq, onu düşərgədə gözdən salmaq deməkdi. Forvardın “Tərlanın qarnının ağrısı nə idisə...”, “o kimdi ki, məni qovsun? Böyük ehtimalla, dərdi başqadı” ifadələri gələcəkdə başqalarını da belə açıqlamalar verməyə ruhlandıra bilər. Belədə isə “Kəpəz”in düşərgəsində anarxiya baş qaldıracaq, Əhmədovun gəlişindən sonra dirçələn komanda yenidən quyunun dibinə yuvarlanacaq.
Məsələ ilə bağlı “sarı-göylər”in mətbuat katibi Azad Mustafayevlə əlaqə saxladıq. Azad bəy sözügedən açıqlamaya nə özünün, nə də klubun Müşahidə Şurasının sədrinin münasibət bildirməsinin düzgün olmadığını söylədi. Onu da əlavə etdi ki, müsahibənin linkini baş məşqçiyə göndərib. O fikir bildirmək istəsə, bu barədə qəzetə açıqlama verəcək. Deyəsən, “Kəpəz” rəsmiləri vəziyyəti düzgün dəyərləndirə bilmir və ya istəmir… Bəlkə də özləri bilərəkdən düşərgədə belə anormal mühitin formalaşmasında maraqlıdılar. Nə bilmək olar?

RƏŞAD

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

8-09-2022, 16:0

Tərlan Əhmədovla Rauf Əliyev arasında baş verən münaqişənin ŞOK detalları

Premyer-liqa / Manşet

18-09-2022, 21:0

Rauf Əliyev hələ də Gəncəyə qayıtmayıb

1-ci liqa / Manşet

9-10-2022, 17:0

Təcrübəli forvard aşağı dəstənin ən ödənişli futbolçusudu

Ölkə futbolu / Manşet

10-09-2022, 21:0

Xaliq Mərdanov Rauf Əliyevə şans verəcək

Premyer-liqa / Manşet

18-10-2022, 14:0

“Ümid edirəm ki, tezliklə əsas komandaya qayıdacam” - AÇIQLAMA

Ölkə futbolu / Manşet

14-09-2022, 12:0

Rauf Əliyev Gəncəyə qayıtmayıb – AÇIQLAMA

Aktual
İlk mərhələdə yüzfaizlik nəticə olacaqmı? - “Hər birini fərqli çətinlik və sınaqlar gözləyir”
Yeni prezident “Səbail”i borclardan xilas etdi, Adil Şükürovla vidalaşdı
“Buna görə də Sumqayıta üz tutmalı olduq” – “Zirə” niyə Bakıda oynamır?
"Zirə" Konfrans Liqasında ev oyunlarını 1400 yerlik stadionda keçirəcək - RƏSMİ
FİF "Ağstafa Gəncləri"ni necə xilas edib?
Azər Bağırov əvvəllər çalışdığı futbolçuları “Şamaxı”ya apara bilər - MÜSAHİBƏ
Son xəbərlər
  • Bu gün, 11:49
    “Futbol kondisionerli ofislərdə oturan idarəçilərin əsirinə çevrilir” – DÇ-nin iradı
  • Bu gün, 11:12
    Milli futbolçu məhkəmədə cavab verəcək
  • Bu gün, 10:46
    Türkiyə nağılı başlamadan bitdi - 60 zərbə, 0 qol!
  • Bu gün, 10:31
    "Qarabağ"da ayrılıq və yeni transferlər - Qurban Qurbanovun arzusu çin olacaqmı?
  • Bu gün, 10:15
    Çempionun Avstriya toplanışı davam edir
  • Bu gün, 10:07
    "Qarabağ" ilk yoxlama oyununda "Zirə" ilə üz-üzə
  • Bu gün, 09:54
    Braziliyanın Haitiyə vurduğu qollar - VİDEO
  • Bu gün, 09:30
    "Çalışacağıq ki, pley-offa vəsiqə qazanaq" - Emin Kürdov
  • Bu gün, 09:08
    "Ay-ulduzlular" evə üzüqara qayıdır… - DÇ səhəri
  • Bu gün, 08:52
    Səidcəmşid və Murad yarımfinalda - Dünya kuboku
  • Bu gün, 08:30
    “Bəlkə də İtaliya 64 komandalı turnirə vəsiqə qazanacaq...” - DÇ-nin zarafatı
  • Bu gün, 08:08
    Kişilər uduzdu, qadınlar qələbə qazandı - Avropa Liqası
  • Bu gün, 08:00
    PFL qalibləri mükafatlandırdı - "Ayın qolu"
  • Bu gün, 01:04
    ABŞ yenə inamlı qələbə qazandı, türkün səhəri necə açılacaq? - DÇ gecəsi
  • Bu gün, 00:00
    Mundial onun üçün erkən sona çatdı
  • Dünən, 23:30
    "İmişli"də daha 4 ayrılıq
  • Dünən, 23:01
    İlk mərhələdə yüzfaizlik nəticə olacaqmı? - “Hər birini fərqli çətinlik və sınaqlar gözləyir”
  • Dünən, 22:40
    Yeni prezident “Səbail”i borclardan xilas etdi, Adil Şükürovla vidalaşdı
  • Dünən, 22:19
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 21:48
    “Buna görə də Sumqayıta üz tutmalı olduq” – “Zirə” niyə Bakıda oynamır?
  • Dünən, 21:31
    La Liqada yeni təyinat
  • Dünən, 21:00
    "İmişli"də ayrılıq
  • Dünən, 20:44
    "Neftçi" Rezabala ilə vidalaşdı
  • Dünən, 20:13
    “Liverpul” gənc futbolçu aldı
  • Dünən, 19:42
    Dörd matçı 281223 tamaşaçı izlədi - DÇ-nin rekordu
  • Dünən, 19:11
    “Real”da Silva ilə Konateni Fernandes müşayiət edəcək
  • Dünən, 18:43
    Sinnerlə Sobolenko öndədi
  • Dünən, 18:10
    Aydın Süleymanlı Maqnus Karlsenə qalib gəldi!
  • Dünən, 17:49
    Müharibə veteranları iddia qaldırdı
  • Dünən, 17:32
    Püşk üzümüzə güldü, bəs sonra? - əsas mərhələyə qədər irəliləməyə borclusuz!
  • Dünən, 17:19
    Tahir Abdullayev UFC Fight Night Baku-da döyüşəcək
  • Dünən, 16:58
    "Şəfa" futbolçusuyla yenidən anlaşdı
  • Dünən, 16:27
    "Araz-Naxçıvan" xorvatiyalı müdafiəçi transfer etdi
  • Dünən, 15:56
    ABŞ və Kabo Verdedən hərəyə iki oyunçu - DÇ-nin rəmzi komandası
  • Dünən, 15:35
    Milli komandada yeni müqavilə
Daha çox
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 254
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 252
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 246
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 234
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 228
“Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə