Rauf Əliyev “Kəpəz-2”də debüt oyununda necə təsir bağışlayıb? - AÇIQLAMA

29.09.2022 22:40 751
I liqa / Manşet
Dünən 1-ci divizionda 5-ci tura start verilib.

Maraqlı oyunlardan biri MOİK-lə Kəpəz-2" arasında baş tutub. Əsas komandadan uzaqlaşdırılan Rauf Əliyev əvəzedicilərin heyətində debüt edib. Özü də millimizin sabiq hücumçusu meydana kapitan sarğısında çıxıb və əvəzlənmədən oynayıb.

"Football-plus.az" saytı olaraq Rauf Əliyevin əvəzedicilərdə oyunu ilə bağlı "Kəpəz-2"nin baş məşqçisi Xaliq Mərdanovun fikrini öyrəndik:

"Rauf Əliyev təcrübəli futbolçudu, onu aramızda görməyə şadıq. Millimizin sabiq üzvü dünənki oyunda pis təsir bağışlamadı. O, hücumların qurulmasında, komanda şəklində müdafiə olunmaqda yaxından iştirak edir, təcrübəsini gənc futbolçularla bölüşürdü. Növbəti matçlarda da Raufa şans verməyi düşünürəm".

ABDULLA İSMAYILOĞLU