Roberto Mançini DÇ-2022-nin seçmə mərhələsindəki uğursuzluqdan sonra istefa vermək istəyib.
İtaliya yığmasının baş məşqçisi bu haqda belə deyib:
“Dünya çempionatının seçmə turnirində nələrisə lazım olduğu kimi etmədik. Bir də ki, hərdən bəxtə də ehtiyac yaranır. Necə ki, son qitə çempionatında layiq olduğumuz çempionluqda bu amil də bizə kömək olmuşdu. Hətta ən ağır məğlubiyyətləri də unutmalıyıq. İşlər pis gedəndə, təbii ki, bütün məsuliyyət məşqçinin üzərinə düşür. Seçmə turnirdəki uğursuzluqdan sonra istefa haqda düşünmüşdüm...”