Rusiya premyer-liqasının 14-cü turuna “Zenit” – “Soçi” matçı ilə yekun vurulub.
Rəqibini 7:0 hesabı ilə darmadağın edən “Zenit” liderliyini bir qədər də möhkəmləndirib. Sergey Semakın çalışdırdığı komanda 14 oyuna 43 qol vurub ki, bu da Rusiya çempionatında yeni rekord sayılır. “Zenit” “Spartak”ın 1993-cü ildə müəyyən etdiyi ən yüksək göstəricini (14 oyuna 37 qol) arxada qoyub.