Mançini İtaliya yığmasını hansı kluba dəyişəcək?

23.04.2022 19:50 522
Dünya futbolu
Roberto Mançininin tezliklə İtaliya yığmasının baş məşqçi vəzifəsini tərk edəcəyi haqda xəbər yayılıb.

"Football-plus.az" xəbər verir ki, onun karyerasını İngiltərədə davam etdirəcəyini “Daily Mail” qəzeti iddia edir. İtaliyalı mütəxəssisin “Tottenhem”də həmyerlisi Antonio Kontenin yerini tutacağı bildirilir.

Qeyd edək ki, Mançini premyer-liqada iş təcrübəsinə malikdi. O, 2009-13-cü illərdə “Mançester Siti”yə başçılıq edib.