• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

DÇ həyəcanı: 1-dən 22-yə qədər

DÇ

2-10-2022, 23:0

Əvvəlki mundiallar futbolun çox sevildiyi və ya normal inkişaf etdiyi ölkələrdə keçirilmişdisə, 15-ci turnir ABŞ-yə həvalə olundu.

FİFA-nın bu qərarı heç də hamı tərəfindən birmənalı qarşılanmadı. Ötən əsrin 90-cı illərinin əvvəllərində sözügedən ölkədə çoxları hələ bu idman növünün qaydalarını bilmir və onu “sokker” adlandırırdı. ABŞ-də peşəkar futbol yalnız kağız üzərində mövcud idi. Amerikalılar mundiala evsahibliyi etmək üçün MLS liqasını yaradacaqlarına söz versələr də, buna əməl etmədilər. MLS-in ilk mövsümünə yalnız DÇ-94-dən iki il sonra start verildi. Başqa sözlə, biznes və televiziya maraqları idman prinsiplərini ikinci plana sıxışdırdı.

Bacconun faciəsi və Braziliyanın zirvəyə qayıdışı

Buna baxmayaraq, FİFA-nın qarşısında qoyduğu hər iki hədəfə çatdığını qeyd etmək lazımdı. Birincisi, futbolun nəhəng ölkədə populyarlaşması. DÇ-94-ün 52 oyunu tribunalarda təxminən 3,6 milyon azarkeş topladı ki, bu rekordu hələ də qıran tapılmayıb! Stadionların orta hesabla 96 faizi dolurdu! Bu rəqəmlər oxucularımızı çaşdırmasın. Məsələ ondadı ki, həmin vaxt ABŞ-də iritutumlu futbol stadionları yox idi. Problemdən çıxış yolu Amerika futbolu üçün nəzərdə tutulan böyük arenaların istifadəsinə qərar verilməsiylə tapıldı. İkincisi və ali futbol qurumu üçün ən vacibi: gəlir hamının gözlədiyindən qat-qat çox oldu. Təkcə bilet satışından 210 milyon dollar qazanıldı! Üstəlik yayın vaxtı reklamdan geniş istifadə və fan-şopların açılması maliyyə planında fantastik uğuru mümkün etdi!

Ev sahibi ABŞ ilə son çempion Almaniya avtomatik final mərhələsinə buraxıldı. Avropa zonasında sensasiyalar qeydə alındı: Fransa və DÇ-90-nın yarımfinalçısı İngiltərə qruplarında ilk iki yerdən birini tuta bilmədi. Maraqlıdı ki, Böyük Britaniyaya daxil olan ölkələrdən heç biri ABŞ-yə yollanmadı. 2 il əvvəlki AÇ-nin qalibi olan Danimarka da mundialdan kənarda qaldı. Afrika qitəsinin güclülərindən sayılan Zambiyanın əksər futbolçuları həlledici oyundan əvvəl təyyarə qəzasında dünyasını dəyişdi və komanda bu səbəbdən final turnirinə çıxmadı.

Qrup mərhələsində D “kvartet”ində ilk iki matçda maksimum nəticə göstərən Argentinanın lideri Maradona Nigeriyayla görüşdən sonra dopinq-testdə “ilişdi”. Diskvalifikasiyaya məruz qalan Dieqonun yoxluğunda “albiselesta” yalnız 3-cü yerin sahibi kimi 1/8 finala çıxdı. E qrupunda unikal vəziyyət yarandı: 3 turdan sonra bütün komandaların xalı və top fərqi bərabər idi. Yekun sıralama vurulan qolların sayına görə bəlli oldu.

1/8 finalda oyunboyu hesabda geridə olan “skuadra adzurra” Roberto Bacconun ustalığı sayəsində qalib gəldi. Maradonasız qalan Argentina Rumıniyaya uduzaraq çıxışını erkən dayandırdı. 1/4 finalın ən böyük sensasiyasına bolqarlar imza atdı. 3 dəqiqə ərzində geridönüş edən Stoiçkovun komandası Almaniyanı evə göndərdi. Yarımfinal oyunları da gərginliyi ilə seçildi. Rəqiblərinə bir top fərqiylə qalib gələn Braziliya və İtaliya həlledici oyuna vəsiqə qazandı. Finalda komandaların qol vurmaq üçün elə də çox şansı olmadı. Təsadüfi deyil ki, ilk dəfə dünya çempionunun adına penalti seriyasında aydınlıq gəldi! “Lotereya”da turnir boyunca yığmasını arxasınca aparan Bacconun səhvindən sonra Braziliyanın 24 illik fasilənin ardından yenidən titula sahib çıxması rəsmiləşdi.

DÇ-1994 – ABŞ
Vaxt: 17 iyun – 17 iyul
Oyunların keçirildiyi şəhərlər: Boston, Çikaqo, Dallas, Detroyt, Los Anceles, Nyu York, Orlando, San Fransisko, Vaşinqton
Oyunların keçirildiyi stadionların sayı: 9
İştirakçılar (5 konfederasiyadan 24 milli komanda): ABŞ, Almaniya, Argentina, Belçika, Boliviya, Bolqarıstan, Braziliya, İrlandiya, İspaniya, İsveç, İsveçrə, İtaliya, Kamerun, Kolumbiya, Koreya, Meksika, Mərakeş, Niderland, Nigeriya, Norveç, Rumıniya, Rusiya, Səudiyyə Ərəbistanı, Yunanıstan
Oyun sayı: 52
Qol sayı: 141 (orta hesabla 2,71)
Penta-trik: 1
Poker: 0
Het-trik: 1
Penalti: 15 (hamısı dəqiq olub)
Sarı (qırmızı) vərəqə: 235 (15)
Avtoqol: 1
Tamaşaçı sayı: 3597042 (orta hesabla 69174)
1-ci yer: Braziliya
2-ci yer: İtaliya
3-cü yer: İsveç
4-cü yer: Bolqarıstan
Bombardirlər: Xristo Stoiçkov (Bolqarıstan), Oleq Salenko (Rusiya) – 6

Turnirin rəmzi yığması
Qapıçı – Mişel Prüdomm (Belçika); müdafiəçilər – Jorjinyo, Marsio Santos (hər ikisi Braziliya), Alessandro Kostakurta, Paolo Maldini (hər ikisi İtaliya); yarımmüdafiəçilər – Dunqa (Braziliya), Tomas Brolin (İsveç), George Haci (Rumıniya); hücumçular – Roberto Bacco (İtaliya), Romario (Braziliya), Xristo Stoiçkov (Bolqarıstan).

A qrupu: ABŞ – İsveçrə 1:1, Kolumbiya – Rumıniya 1:3, Rumıniya – İsveçrə 1:4, ABŞ – Kolumbiya 2:1, İsveçrə - Kolumbiya 0:2, ABŞ – Rumniya 0:1.
1. Rumıniya 3 2 0 1 5-5 6
2. İsveçrə 3 1 1 1 5-4 4
3. ABŞ 3 1 1 1 3-3 4
4. Kolumbiya 3 1 0 2 4-5 3

B qrupu: Kamerun – İsveç 2:2, Braziliya – Rusiya 2:0, Braziliya – Kamerun 3:0, İsveç – Rusiya 3:1, Rusiya – Kamerun 6:1, Braziliya – İsveç 1:1.
1. Braziliya 3 2 1 0 6-1 7
2. İsveç 3 1 2 0 6-4 5
3. Rusiya 3 1 0 2 7-6 3
4. Kamerun 3 0 1 2 3-11 1

C qrupu: Almaniya – Boliviya 1:0, İspaniya – Koreya 2:2, Almaniya – İspaniya 1:1, Koreya – Boliviya 0:0, Boliviya – İspaniya 1:3, Almaniya – Koreya 3:2.
1. Almaniya 3 2 1 0 5-3 7
2. İspaniya 3 1 2 0 6-4 5
3. Koreya 3 0 2 1 4-5 2
4. Boliviya 3 0 1 2 1-4 1

D qrupu: Argentina – Yunanıstan 4:0, Nigeriya – Bolqarıstan 3:0, Argentina – Nigeriya 2:1, Bolqarıstan – Yunanıstan 4:0, Argentina – Bolqarıstan 0:2, Yunanıstan – Nigeriya 0:2.
1. Nigeriya 3 2 0 1 6-2 6
2. Bolqarıstan 3 2 0 1 6-3 6
3. Argentina 3 2 0 1 6-3 6
4. Yunanıstan 3 0 0 3 0-10 0

E qrupu: İtaliya – İrlandiya 0:1, Norveç – Meksika 1:0, İtaliya – Norveç 1:0, Meksika – İrlandiya 2:1, İtaliya – Meksika 1:1, İrlandiya – Norveç 0:0.
1. Meksika 3 1 1 1 3-3 4
2. İrlandiya 3 1 1 1 2-2 4
3. İtaliya 3 1 1 1 2-2 4
4. Norveç 3 1 1 1 1-1 4

F qrupu: Belçika – Mərakeş 1:0, Niderland – Səudiyyə Ərəbistanı 2:1, Səudiyyə Ərəbistanı – Mərakeş 2:1, Belçika – Niderland 1:0, Belçika - Səudiyyə Ərəbistanı 0:1, Mərakeş – Niderland 1:2.
1. Niderland 3 2 0 1 4-3 6
2. Səudiyyə Ərəbistanı 3 2 0 1 4-3 6
3. Belçika 3 2 0 1 2-1 6
4. Mərakeş 3 0 0 3 2-5 0

1/8 final
Almaniya – Belçika 3:2
Föller, 6; 40. Klinsmann, 11 – Qrün, 8. Alber, 90.
İspaniya – İsveçrə 3:0
Yerro, 15. Luis Enrike, 74. Begiristayn, 86-p.
İsveç – Səudiyyə Ərəbistanı 3:1
Dalin, 6. K.Andersson, 51; 88 – Əl-Gaşiyan, 85.
Rumıniya – Argentina 3:2
Dumitresku, 11; 18. Hacı, 58 – Batistuta, 16-p. Balbo, 75.
Niderland – İrlandiya 2:0
Berqkamp, 11. Yonk, 41.
Braziliya – ABŞ 1:0
Bebeto, 72.
İtaliya – Nigeriya 2:1, əlavə vaxtda
R.Bacco, 88; 102 – Amunеke, 26.
Bolqarıstan – Meksika 1:1, p. – 3:1
Aspe, 18-p. – Stoiçkov, 6.
1/4 final
İtaliya – İspaniya 2:1
D.Bacco, 25. R.Bacco, 88 – Kaminero, 58.
Braziliya – Niderland 3:2
Romario, 53. Bebeto, 63. Branko, 81 – Berqkamp, 64. Vinter, 76.
Bolqarıstan – Almaniya 2:1
Stoiçkov, 76. Leçkov, 78 – Matteus, 47-p.
İsveç – Rumıniya 2:2, p. – 5:4
Brolin, 78. K.Andersson, 115 – Reduçoyu, 88; 101.
yarımfinal
İtaliya – Bolqarıstan 2:1
R.Bacco, 21; 25 – Stoiçkov, 44-p.
Braziliya – İsveç 1:0
Romario, 80.
3-cü yer uğrunda oyun
İsveç – Bolqarıstan 4:0
Brolin, 8. Mild, 30. Larsson, 37. K.Andersson, 40.
final
Braziliya – İtaliya 0:0, p. – 3:2
Braziliya: Taffarel, Jorjinyo (Kafu, 21), Aldair, Marsio Santos, Branko, Mauro Silva, Dunqa, Mazinyo, Zinyo (Viola, 106), Romario, Bebeto.
İtaliya: Palyuka, Mussi (Apolloni, 34), Barezi, Maldini, Benarrivo, Albertini, Dino Bacco (Evani, 95), Berti, Donadoni, Roberto Bacco, Massaro.
Vərəqələr: Mazinyo, 4. Apolloni, 41. Albertini, 42. Kafu, 87 – sarı.
Hakim: Şandor Pul (Macarıstan).
17 iyul. Pasadena. “Rouz Boul” stadionu. 94194 tamaşaçı.

Bilirsizmi?

Braziliya millisi çempionluğu turnirin startından ayyarım əvvəl dünyasını dəyişən əfsanəvi Ayrton Sennaya həsr etdi. 2015-ci ildə keçirilən sorğuya əsasən, hələ də vətənində ən məşhur idmançı sayılan və bu mənada hətta Peleni qabaqlayan sabiq “Formula-1” pilotu futbolu da çox sevirdi. O, DÇ-94-ün açılışından cəmi 58 gün əvvəl Braziliya yığmasıyla PSJ arasında keçirilən yoldaşlıq oyununda topa ilk zərbəni endirdi. Matçdan sonra isə Senna “selesao” üzvləriylə birgə şam etdi. Klaudio Taffarel həmin görüşü belə xatırlayır: “Ayrton hər birimizlə danışır, bizə məsləhətlər verir və həvəsləndirməyə çalışırdı. Mundialda qalib gələcəyimizə inanırdı”.
34 yaşlı üçqat dünya çempionu bundan cəmi 11 gün sonra San Marino “Qran-pri”si vaxtı qəza nəticəsində həlak oldu. DÇ-94-ün finalında penalti seriyasının ardından kapitan Dunqa və başqa futbolçular meydanda üzərində “Senna, bu sürətləndirməni birgə etdik. 4-cü titul bizimdi!” yazılan banner açdılar.

Maraqlıdı...

* Kolumbiyalı Andres Eskobarın ABŞ ilə oyunda öz qapısına qol vurması meydan sahiblərinin qələbəsi, komandasının isə qrupda qalmasıyla nəticələndi. Bu səhvi bağışlamayan millinin Umberto Munyos Kastro adlı fanatı müdafiəçini vətənə qayıdandan sonra restoranın avtodayanacağında güllələdi. 6 atəş açan cinayətkar hər dəfə tətiyi çəkəndə “qol” qışqırırdı.
* Məşhur bolqar görücü Vanqa DÇ-94-dən əvvəl finalda adı “B” hərfiylə başlayan iki ölkənin qarşılaşacağını bildirdi. Onun proqnozu düz çıxa bilərdi, ancaq hər şeyi yarımfinalda İtaliyaya uduzan həmyerliləri korladı. Digər finalçı isə Braziliya oldu.
* Meksika – İrlandiya matçının gedişində maraqlı məqam yaşandı. Con Oldric hesabda 0:2 geridə olan avropalılara kömək etmək üçün mümkün qədər tez meydana çıxmaq istəsə də, ehtiyat hakimin ləng davranışı bir neçə dəfə buna mane oldu. Əsəbləri dözməyən hücumçu referi köməkçisinin ünvanına təhqiramiz ifadələr yağdırdı. Kamera həmin an Oldrici çəkdiyindən söyüşləri milyonlarla azarkeş eşitdi. Yeri gəlmişkən, forvard oyunun sonlarında hesab arasındakı fərqi azaltsa da, komandası məğlubiyyətdən qurtula bilmədi.
* DÇ-94-dən əvvəl Braziliyada keçirilən sorğunun nəticələrinə əsasən, azarkeşlərin cəmi 10 faizi millinin çempion olacağına inanırdı! Onlar Almaniya, İtaliya və Niderlandın şanslarını daha yüksək dəyərləndirirdi. Azarkeşlər həmçinin Roberto Karlos, Rivaldo, Edmundo və Evairə dəvət göndərməyən Parreyranın işindən narazılığını gizlətmirdi.

Faktlar

* Braziliya millisi ilk dördqat dünya çempionu kimi tarixə düşdü.
* İlk dəfə qrup mərhələsində qələbəyə görə 3 xal verildi.
* Braziliyalı Ronaldo 17 yaş 298 günlüyündə dünya çempionu oldu. “Fenomen” ləqəbli futbolçu indiyədək bu mənada təkcə həmyerlisi Peledən geri qalır (17 yaş 249 gün). Ronaldonun DÇ-94-də meydana çıxmadığını xatırladaq.
* Kamerunlu Roje Milla Rusiya ilə oyunda 42 yaş 39 günlüyündə qol vurmaqla mundiallarda fərqlənən ən yaşlı futbolçu oldu. Maraqlıdı ki, hücumçu bundan cəmi iki il əvvəl həbs oluna bilərdi. Buna səbəb onun həmin vaxt maliyyə fırıldağında günahlandırılması idi.
* Rusiyalı Oleq Salenko Kamerunla oyunda 5 qol vuraraq mundiallar tarixinin ilk və hələlik yeganə penta-trikinə imza atdı.
* İtalyan Canluka Palyuka Norveçlə matçda qırmızı vərəqə görərək dünya çempionatlarında meydandan qovulan birinci qapıçı kimi yaddaşlarda qaldı.
* İlk dəfə məşqçilərə matç ərzində biri qapıçı olmaq şərtiylə üç oyunçunu əvəzləmək imkanı verildi.
* Sokratesin kiçik qardaşı Rai turnirdə bir qol vurdu. Əvvəlki mundiallarda alman Frits və Ottmar Valter, həmçinin niderlandlı Rene və Villi van der Kerkhof qardaşları rəqib qapılarına yol tapmışdılar.
* Yunanıstan, Səudiyyə Ərəbistanı və Nigeriya ilk dəfə DÇ-də oynamaq imkanı qazandı, Rusiya isə SSRİ-nin tamhüquqlu davamçısı kimi ilk mundialında çıxış etdi.

Çempion məşqçi

Karlos Alberto Parreyra – rekord sayda – 6 dəfə mundiallara yollanan yeganə çalışdırıcıdı. Parreyra DÇ-82-də Küveyt, DÇ-90-da BƏƏ, DÇ-94-də Braziliya, DÇ-98-də Səudiyyə Ərəbistanı, DÇ-2006-da yenə Braziliya, DÇ-2010-da isə Cənubi Afrika millilərinə başçılıq edib. Küveyt ilə BƏƏ yığmaları mundialların debütanları idilər və qrup sonuncuları olmuşdular. Buna baxmayaraq, Braziliya Futbol Konfederasiyası vacib postu məhz Parreyraya həvalə etdi. Turnirdən əvvəl ölkədə “selesao”ya ümid az olsa da, məşqçi və futbolçular uğurun qazanılacağına inanırdılar.

DÇ-nin ulduzu

Romario – 5 qolla Braziliyanın bu mundialda ən yaxşı bombardirinə çevrilən hücumçu ABŞ-yə aparılmaya bilərdi. 1993-cü ildə Parreyra ilə mübahisə edən futbolçu millidən qovuldu. Seçmə mərhələni inamsız keçirən “selesao” az qala tarixində ilk dəfə dünya çempionatından kənarda qalacaqdı. Sonuncu tur ərəfəsində mundiala 2 vəsiqəyə 3 komanda – Braziliya, Uruqvay və Boliviya iddia edirdi. Özü də hər birinin hesabında 10 xal var idi! “Selesao”nu Uruqvayla çətin oyun gözləyirdi. Mümkün faciənin ölkə üçün nə demək olduğunu anlayan Parreyra prinsiplərinə zidd getdi və Romarioya dəvət göndərdi. Hücumçu 2-ci hissədə dubla imza atmaqla Braziliyaya 2:0 hesablı qələbə qazandırdı. Bundan sonra onun DÇ-94-ə gedib-getməyəcəyi bir daha müzakirə olunmadı.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

20-06-2022, 15:0

Cüneyt Çakırın köməkçilərindən şok qərar!

Aktual
Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
"Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
“Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
“Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
Son xəbərlər
  • Dünən, 23:58
    Keyn ilə Olise Münheni tərk edəcəklər?
  • Dünən, 23:26
    A seriyasında istefa
  • Dünən, 22:56
    "Qarabağ"ın U-14 komandası beynəlxalq turnirdə iştirak edəcək
  • Dünən, 22:35
    "Şahdağ Qusar"ın idman direktoru müəyyənləşdi
  • Dünən, 22:14
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 21:43
    Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
  • Dünən, 21:12
    Yunanıstan karyerası 7 ay çəkdi
  • Dünən, 20:41
    AFFA-dan "Turan Tovuz"la bağlı növbəti açıqlama
  • Dünən, 20:10
    Madridi tərk edəcək
  • Dünən, 19:40
    Romadan Berqamoya üz tutacaq
  • Dünən, 19:09
    İspaniya klubunda istefa
  • Dünən, 18:31
    UEFA "Turan Tovuz"la bağlı qərarı təsdiqlədi - detallar
  • Dünən, 18:00
    Milli komandada yeni müqavilə
  • Dünən, 17:30
    AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
  • Dünən, 16:44
    Premyer-liqada hamını arxada qoydu
  • Dünən, 16:03
    "Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
  • Dünən, 15:32
    Bütün həmkarlarını arxada qoydu
  • Dünən, 15:01
    Karyerasını başa vurdu
  • Dünən, 14:30
    “Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
  • Dünən, 13:59
    Milli komandada yeni anlaşma
  • Dünən, 13:28
    U-20 millimizin rəqibi müəyyənləşdi
  • Dünən, 12:57
    İtaliya paytaxtını tərk etmədi
  • Dünən, 12:26
    Millimiz Serbiya ilə üz-üzə - AÇ
  • Dünən, 11:55
    ''Monako'' yenə məşqçisinə görə cərimə ödəməli olacaq
  • Dünən, 11:34
    Azərbaycan – Macarıstan matçının hakimləri
  • Dünən, 11:13
    Koxalski ilə Zubir ÇL-nin ən yaxşıları arasında
  • Dünən, 10:52
    “Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
  • Dünən, 10:31
    Levandovski İstanbul nəhənginə gəlir? - Həyat yoldaşı da təsdiqlədi
  • Dünən, 10:00
    UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
  • 2-06-2026, 23:0
    “Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
  • 2-06-2026, 23:0
    “Ortada bir qərar yoxdu ki, ona uyğun addım ataq” – “Turan Tovuz”dan növbəti reaksiya
  • 2-06-2026, 22:0
    TFF klub prezidentlərinə DÇ üçün pulsuz bilet verməyəcək
  • 2-06-2026, 22:0
    "Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
  • 2-06-2026, 21:0
    “Beşiktaş”ın sabiq prezidenti bu köklü klubu xilas edə bilər
  • 2-06-2026, 21:0
    Burak Yılmaz Fransaya yollanır?
Daha çox
Oxunub: 407
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 210
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 209
“Qarabağ”da növbəti ayrılıq dalğası yetişdi! – daha kimlər Qurban Qurbanovun “radarına düşüb”?
Oxunub: 198
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 187
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 168
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə