"Qarabağ"ın rəqibindən hücumçu transferi

2.09.2022 11:14 435
Avropa Liqası
“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Fransanın “Nant” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

"Footbal-plus.az" xəbər verir ki, Liqa 1 təmsilçisi “Lans”dan İqnatius Qanaqonu transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 23 yaşlı kamerunlu hücumçu ilə 4 illik müqavilə bağlanıb. “Nant” bu transfer üçün “Lans”a 4.4 milyon avro ödəyib.

Qeyd edək ki, “Qarabağ” “Nant”la sentyabrın 15-də evdə, oktyabrın 27-də isə səfərdə qarşılaşacaq.