“Lester” yeni mövsümün böyük hissəsində Rikardo Pereyradan yararlana bilməyəcək.
"Football-plus.az" xəbər verir ki, bunu jurnalistlərə baş məşqçi Brendan Rocers açıqlayıb:
“Təəssüf ki, o, 6 aylığa sıradan çıxıb. Rikardo dabanından ciddi zədə alıb. Onun yoxluğu planlarımızı böyük ölçüdə pozub. Çünki yeni mövsümdə komanda oyununu cinah müdafiəçilərinin üzərində qurmuşduq. Pereyra çox yaxşı formada idi. Onun zədələnməsi bizim üçün ağır zərbə oldu”.