Murad Musayev "Sumqayıt"la görüşdə bu futbolçunun xidmətindən yararlana bilməyəcək

1.04.2022 17:37 639
Premyer-liqa
Premyer-liqanın 21-ci turunda "Sumqayıt" "Sabah"ı qəbul edəcək.

"Bayquşlar"ın baş məşqçisi Murad Musayev görüşdə 1 oyunçunun xidmətindən yararlana bilməyəcək. Söhbət yarımmüdafiəçi Kristian Sebalyodan gedir. İspaniyalı sarı vərəqə limitinə görə "kimyaçılar"l matçda meydanda ola bilməyəcək.

Qeyd edək ki, qarşılaşma aprelin 2-i saat 18.15-də start götürəcək.